Valeriya Messalina məşhur Roma imperatoru Klavdinin üçüncü - TopicsExpress



          

Valeriya Messalina məşhur Roma imperatoru Klavdinin üçüncü arvadı, Britannik və Klavdi Oktavinin anası olub. Bu Romalı qadının adına tarix kitablarında tez-tez rast gəlinir. Valeriya konsul Mark Valerinin qızı idi. Onun anası və atası qohum olublar. Valeriya uzaq yolla da olsa Avqustun nəslinin davamçısı və imperator ailəsinə aid qadın idi. Onun uşaqlığına aid məlumat azdır. Lakin gəncliyində Kaliqulanın sarayında gözəlliyi ilə tanınıb. Deyirlər ki, məhz bu, Valeriyanın əxlaqsızlığının əsasını qoyub. Kaliqulanın sarayındakı əxlaqsızlıq 13 yaşlı qızın xarakterinə də təsir etmişdi. Eramızın 38-ci ilində gənc qızı Kaliqulanın dayısı Klavdiyə ərə verirlər. Valeriyanın adı tarixə əxlaqsızlıq simvolu kimi yazılıb. Onu həm də qəddar, xəsis və axmaq olaraq tanıyırlar. Onun haqqında tarixçilər Taçir və Svetoni yazır ki, Valeriya Messalina özü əxlaqsız ev saxlamaqla yanaşı, həm də ora fahişə kimi gedirmiş. Həmçinin deyirlər ki, imperator xanımı Messalina məşhur Roma fahişəsi Sçilla ilə rəqabət aparırmış. Onlar arasında daha çox kişi ilə yatmaq uğrunda amansız mübarizə gedirdi. Sçilla adətən bir gecəyə 25 kişi qəbul edərkən, Messalina bu sayı 50-yə çatdırmışdı. Həmin dövrlərin qanunları fərqli idi. Adətən qadınlar seksual olaraq azad olurdular. Amma Messalinanın əxlaqsızlığı hətta o dövrdə yaşayanları belə dəhşətə salırdı. 13 yaşında bakirəliyini itirən Valeriya 40-cı ildə imperator Klavdiyə qız uşağı dünyaya gətirdi. 41-ci ildə isə oğlan və varis anadan oldu. Klavdi onu Britannik adlandırdı. Tarixçilər deyirlər ki, imperator özü də günahsız olmayıb. O, həmin dövrdə bir dənə də gözəl qız buraxmazmış. Amma bununla yanaşı evində baş verənlərdən də xəbərsiz imiş. Saraydakılar isə Valeriyanın qorxusundan imperatora heç yaxınlaşmırdılar belə. Axı əslində imperator Klavdi olsa belə, hakimiyyətdə Valeriya idi. Hətta bir dəfə imperatriça romalı aktyor Mnestera vurulur. Gözəlçə onun ürəyini qazanmaq istəsə də alınmır. Valeriya Klavdiyə şikayət edir ki, aktyorlardan biri ona itaət etmir. İmperator aktyoru çağıraraq əmr edir ki, arvadının bütün əmrlərinə tabe olsun. Nəticədə aktyor istəməsə də, Valeriya ilə yatmalı olur. Messalina imperatora təsir göstərirdi. Hətta Roma senatı belə onu tam hakimiyyət kimi tanıyırdı. Hətta senat Valeriyanı müqəddəs elan etməyə hazırlaşırdı, lakin Klavdi buna icazə vermir. Valeriyanın şərəfinə heykəllər ucaldılırdı. Klavdi xanımından yaşca çox qoca olduğu üçün Messalina əlindən gələni edirdi ki, onun ölümündən sonra hakimiyyətə oğlu Britannik gəlsin. Qeyd edək ki, Romalılar arasında Messalinaya qarşı olanlarla bərabər, onun müttəfiqləri də vardı. Onlardan biri də Suriyanın rəhbəri, konsul Luçiy Vitelliy idi. Messalina ona dəstək olduğu üçün konsula ayaqqabısını vermişdi. Konsul isə camaatın içində tez-tez ayaqqabını çıxarıb öpürmüş. Valeriyaya qarşı çoxları çıxırdı. Lakin o, bu etirazları despotla ört-basdır edirdi. 40-cı illərin ortalarında imperatorun bacısı qızı Yuliya Aqrippinanın ətrafında etirazçılar toplandı. İmperatorun sevgisindən istifadə edən Aqrippina Messalinaya qarşı çıxdı. 47-ci ildə Klavdinin cəlladlarından biri Mark Antoniy Pallas Aqrippinanın sevgilisi olur. Onlar birlikdə hakimiyyətə Britanniki deyil, Aqrippinanın oğlu Neronu gətirməyi planlaşdırırlar. Amma heç sui-qəsdə ehtiyac qalmır. Messalina hakimiyyət uğrunda mübarizəsində böyük və kobud səhvə yol verir. 48-ci ildə Messalina hakimiyyəti əlinə almaq üçün sevgilisi Qay Siliyanı imperator etmək qərarına gəlir. O, Qay Siliyanı məcbur edir ki, arvadından boşansın. Klavdi səyahətdə olarkən Messalina rəsmi olaraq imperatorla evli olmasına baxmayaraq, hər kəsin gözü qarşısında Siliyaya ərə gedir. Saraydan Klavdiyə məktub gedir. Messalinanın və Siliyanın həbsi barədə hökm verilir. Messalinanı Klavdi ilə görüşə gedərkən həbs edirlər. Lakin imperator artıq şəhəri tərk etmişdi. Messalinanı anası Domiçiya Lepidanın nəzarəti altına verirlər. Onlar birlikdə Klavdidən üzr istəsələr də, xeyri olmur. Messalina anlayır ki, həyatını məhv edib. Messalinanın ölümündə üç nəfər iştirak edir. İmperatorun elçisi, azad edilmiş qullardan biri və anası. Anası Lepida qızına deyir: “Həyatın bitib. Yeganə edə biləcəyin, şərəflə ölməyindir”. Messalinaya təklif edilir ki, intihar etsin. Amma o, bunu edə bilmir. Sonra azad edilmiş qul onu xəncərlə öldürür. Qadının cəsədi anasının yanında qalır. Messalinanın uşaqlarının da taleyi dəhşətli olur. 1 yanvar 49-cu ildə Klavdi Aqrippina ilə evlənir. Varis Neron təyin edilir. Britanniki də elə Neron zəhərləyir. Qızı isə öldürürlər.
Posted on: Sat, 23 Nov 2013 07:59:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015