Vaşinqtonun ucqar restoranlarının birində bir pianoçu var - TopicsExpress



          

Vaşinqtonun ucqar restoranlarının birində bir pianoçu var idi. Qaradərili bu pianoçu şirmayı dilləri o qədər ustalıqla dilləndirirdi ki, müştərilərin çoxu ancaq ona qulaq asmaq üçün restorana gəlirdi.Bir gün müştərilərdən biri yerindən qalxdı, pianoçudan mahnı oxumağı tələb etdi. Pianoçu: “Mən heç vaxt mahnı oxumamışam, bacarmaram”, — deyib imtina etdi. Ancaq müştəri dediyindən dönmək istəmirdi. Restoran sahibini çağırıb: “Mən pianoya qulaq asmaq istəmirəm. İstəyirəm ki, bu pianoçu mahnı oxusun”, — dedi. Restoran sahibi bu cür varlı bir müştərini itirmək istəmirdi və ona görə də pianoçunun yanına gedib, onun qulağına: “Əgər işini itirmək istəmirsənsə oxumalısan!” — dedi. Pianoçu çarəsiz qalıb “təklifi” qəbul etdi və beləcə ilk dəfə tamaşaçılar qarşısında oxumağa başladı. Mahnı qurtarar-qurtarmaz müştərilərin gurultulu alqışı restoranı başına götürdü və beləcə, onlar Amerikanın məşhur müğənnisi Nat Kinq Koulun ilk ifasının şahidi oldular. Çox keçmədi ki, Nat Kinq Koul Amerika musiqiçiləri arasında böyük şöhrət qazandı və Amerika Televiziyasında şou-proqram aparan ilk qaradərili sənətçi oldu. Koul heç vaxt tamaşaçı qarşısında mahnı oxumamışdı. Ancaq bir müştərinin təkidi ilə bu addımı atmalı oldu. Görəsən, o müştəri o istəyində təkid etməsəydi, Koul nə vaxtsa bu şöhrəti qazana biləcəkdimi?.. Bu misal əslində hamımıza aiddir. Biz içimizdə hansı qabiliyyətlərin, hansı imkanların olduğunu bilmirik. Ona görə də bəzən ömrünü ləl-cəvahirat dolu bir sandığın üstündə aclıq içində keçirən səfilə bənzəyirik. P.S. "Bacarmaram" deməyin...
Posted on: Sat, 29 Jun 2013 09:42:39 +0000

Trending Topics



>

Recently Viewed Topics




© 2015