XALQ TƏBABƏTİ Xalq təbabətində təmizlənib qurudulmuş - TopicsExpress



          

XALQ TƏBABƏTİ Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir. *** Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. *** Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb (“dəvətikanı arağı”) xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər. *** Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir. *** Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrılarında içirlər. *** Meyvələri həm təzə halda yeyilir, həm də ondan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. *** Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər. *** Ma’də və onikibarmaq bağırsaq ---ında ağ tutun meyvələri məsləhət görülür. *** Yarpaq və qabıqlarından hazırlanmış məlhəmlə dəri yaraları müalicə olunur. *** Ağ və qara tutun yetişmiş meyvələri qanartırıcı xassəyə malikdir. *** Tut ağacının gövdəsinin qabıqlarından və kökündən çay dəmlənib, sidikqovucu dərman kimi işlədilir. *** Qara tutun meyvələri qarın ağrılarında və dizenteriyada məsləhət görülür. *** Abşeronda yerli əhali tərəfindən çuğundurun meyvəköklərindən alınan təzə şirə xroniki mə’də-bağırsaq xəstəliyində həzm prosesini yaxşilaşdirmaq üçün istifadə edilir. *** Çuğundurdan müxtəlif yeməklər hazırlanır ki, bunlar da müalicəvidietik xassəyə malikdir. Məsələn, çuğundurda olan sellüloz və üzvi turşular ma’də şirəsini və bağırsağın peristaltikasını stimulə etdiyinə görə spastik kolitlərdə işlədilir. *** Çuğundurun tərkibindəki çoxlu miqdarda vitəminlər dəmirlə birlikdə homopoezə stimuləedici tə’sir göstərir. *** Cuğundurun tireotoksikoz, ateroskleroz xəstəliyinə tutunlara da xeyri var. Eləcə də bu xəstələri müşayiət edən ürək-damar sistemi xəstəliklərində çox faydalıdır. *** Çuğundurda miqdarca çox olan vitəminlər və mineral duzlar (xüsusən kalium) antiaritmik, maqnezium hipotenzif, yod xolesterinolipoid mübadiləsinə müsbət tə’sir göstərir. *** Çoxdan bəri xalq təbabətində çuğunduru işlətmə, sidikqovucu, iltihaba qarşı, ağrıkəsici və sinqa xəstəliyində istifadə edirlər.
Posted on: Wed, 27 Nov 2013 09:56:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015