Xlamidioz-cinsi yolla yoluxan xəstəlikdir ! April 8, 2011 at - TopicsExpress



          

Xlamidioz-cinsi yolla yoluxan xəstəlikdir ! April 8, 2011 at 1:57am Xlamidioz xlamidiya cinsindən olan bakteriyalar tərəfindən törədilir.Təbiətdə 2 növ xlamidiya vardır,bunlardan biri quşları və digər heyvanları yoluxdurur və insanda ornitoz adlanan xəstəlik yaradır.İkinci növ xlamidiyanın adı Chlamidia trachomatis-dir.Chlamidia trachomatisin 15 variantı mövcuddur.Bunlardan bəziləri traxoma,venerik limfoqranulomatoz törədirlər.15 variantan ikisi sidik-cinsiyyət sistemini zədələyərək urogenitial xlamidioz törədirlər.Öz xüsusiyyətlərinə görə xlamidiyalar viruslar və bakteriyalar arasında aralıq mövqe tuturlar,ona görə də onların müalicə və diaqnostikasında çətinlik yaranır.Bir çox hallarda xlamidioz digər xəstəliklərlə yanaşı olur,məsələn trixomoniaz,qardnerellyoz,ureoplazmoz və s. Xlamidiozun inkubasion dövrü təxminən 1-3 həftədir.Xlamidioza yoluxmuş şəxs səhərlər sidik kanalında xarakter şüşəvarı ifrazatlar görür.Sidiyə çıxma zamanı göynəmə və xoşagəlməz hissiyyat ola bilər.Bəzən ümumi vəziyyət pisləşir-temperatur cüzi artır,zəiflik yaranır.Qeyd etmək lazımdır ki,çox vaxt xlamidioz cüzi əlamətlərlə,bəzən isə ümumiyyətlə heç bir əlamət olmadan keçir.Hətta müalicə olmadan bir müddət sonra (təxminən iki həftə) xəstəliyin əlamətləri yox olub gedir.Belə olan halda xlamidioz xroniki gedişat alır,infeksiya sanki “konservləşərək” özünü göstərmək üçün zaman gözləyir. Xlamidiozun əsas təhlükəsi ondan ibarətdir ki,ağırlaşmalar törədə bilər.Bir müddət keçdikdən sonra xlamidiyalar prostata və toxum kisəciklərinə gəlib çataraq prostatit və vezikulit törədirlər.Daha sonra xroniki proses xaya artımina yayılaraq obturasion forma sonsuzluğa səbəb ola bilər.Xlamidiyalar həmçinin sidik kisəsinin divarına düşərək hemorragik sistit törədə bilərlər.Sidik kanalının xroniki iltihabı onun daralmasına (striktura) səbəb ola bilər.Qadınlarda xlamidiya infeksiyası adətən uşaqlıq borularının keçməzliyinə,uşaqlıqdan kənar hamiləliyə,doğuşdan sonrakı və ya abortdan sonrakı endometritə səbəb ola bilər.Xəstələrdə hamiləlik ağır keçir. Cinsi orqanlardan əlavə xlamidiya digər orqanları da hədəf seçə bilər.O zaman bu xəstəlik artıq Reyter sindromu və ya xəstəliyi adlanır.Reyter sindromu zamanı gözlər ( xlamidiya konyuktiviti),oynaqlar(əsasən aşıq-daban,diz,fəqərə),dəri,daxili orqanlar zədələnə bilər. Xlamidiozun diaqnostikası bakterial infeksiyaların diaqnostikasından daha çətindir.Ən sadə metodlar yalnız 40% dəqiqliyə malikdir.Daha dəqiq və əlverişli metod bu günkü gündə immun fluresensiya reaksiyası (İFR) hesab olunur.Burada xüsusi maddə olan-FİTS ilə işarələnmiş antigenlər işlənir. Xlamidiyaların özəlliklərini nəzərə alaraq qeyd etməliyik ki adi bakteriyalardan fərqli olaraq bu törədici ilə mübarizədə antibakterial terapiya effektiv deyil və elə buna görə də müalicə çətin və uzunmüddətlidir.Bu müalicə özündə antibakterial terapiyadan əlavə immunmodulyasiyaedici terapiya,polivitamin terapiyası,həyat tərzini yaxşılaşdırma,dieta,müalicə vaxtı cinsi əlaqədən imtina və s amilləri birləşdirməlidir.Müalicə bütün cinsi partnyorlara da aparılmalıdır.Müalicənin sonunda kontrol analizlər aparılır.Əgər xlamidiyalar aşkarlanmazsa 1 aydan sonra daha 2 dəfə analiz götürülür.yalnız bundan sonra effektiv müalicə barəsində fikir söyləmək olar. Xlamidioz barəsində əminliklə demək olar ki onun müalicəsi ondan qorunmaqdan daha çətindir.Ona görə də sizi veneroloji xəstəliklərdən qorumaq üçün cinsi həyatın bəzi gigiyena qaydalarını xatırlatmaq isterdim. 1.Güvəndiyiniz daimi partnyor olmalıdır. 2.Təsadüfi cinsi əlaqələrdən imtina və ya qoruyuculardan istifadə etmək.Lakin unutmayın qruyucular effektiv olsa da veneroloji xəstəliklərdən müdafiədə 100%-lik vasitə hesab olunmurlar. 3.Ən kiçik şübhələr olduqda belə həkimə müraciət edin.
Posted on: Wed, 21 Aug 2013 19:01:24 +0000

Trending Topics



: 1. Keep free frm eating

Recently Viewed Topics




© 2015