Xosbext olmaq ucun bezi sirrler... 1.”Heç vaxt “ - TopicsExpress



          

Xosbext olmaq ucun bezi sirrler... 1.”Heç vaxt “ deməyin. 2.Amma ,ancaq ,bəlkə də,kaş sözlərin olduqca az istifadə edin. 3.Mənim üçün gecdi,fərqi yoxdu deməyin.Heç nə üçün gec deyil, hər bir şeyin fərqi vardır. 4.Heç bir fikrinizi mış,miş,lar,lər,mışlar,mişlər ilə tamamlamayın.Onda bu sizin görmədiyiniz ,bilmədiyiniz başqalarının fikri,əməlidir.Bu da sizdə avtomatik sizdən asılı olmadan həmin fikrə əməl etməklə nəticənələnəcəkdir ki,sizə zərər gətirə bilər. 5.Başqalarının yerinə düşünməyin,bu sadəcə zamanınızı boş yerə itirmək olar. 6.Başqasının yerinə qərar verməyin 7.Özünüz üçün yaşayın.Biraz eqoist olmaq sizin zərərinizə olmaz.Axı siz dünyaya bir dəfə gəlirsiz.Lakin ifrata varmamaq şərtilə.. 8.Hadisələrə pozitif yanaşın.”Mən bacaracağam”,”mən buna qadirəm “kimi sizə stimul verə biləcək sözlərlə başlayın hər bir işə.. 9.Qətiyyən olmaz ,mənlik deyil deyib keçməyin. 10.Keçmişlə yaşamayın.Əgər keçmişinizdə sizi narahat edən nələrsə varsa ya təcrübə kimi qəbul edin,ya da eyni səhvə yol verməməyə çalışın. 11.Özünüzü və ətrafınızdakıları sevin 12.Heç vaxt ümumi fikirlərlə yaşamayın,bu sadəcə dünyagörüşünün az olması olar,heç nə eyni deyil çünki.. 13.Hiss etdiyiniz kimi yaşayın,siz bəyənirsizsə bundan çəkinməyin,başqaları bəyənməsə də olar. 14.Bir an xoşbəxt ola bilərsiz deyə illərinizi itirməyin,vaxtınızı düzgün qiymətləndirin.Xoşbəxtlik bir anda illəri yaşamağı bacarmaqdır. 15.Narahatlıqlarınızı bölüşün,daima ünsiyyətdə olun. 16.Əgər sizə xoş olmayan, bəyənmədiyiniz nəsə və ya nələrsə varsa bunu bildirin. 17.Gözü tox olmağa çalışın.Şükür etməyi bacarın. 18.Özünüzü başqaları ilə müqayisə etməyin. 19.Dostlarınızı ,yaxınlarınızı seçərkən “ayıq” olun. 20.Şübhələrlə yaşamayın. 21.Qətiyyətli olun,fikrinizdə dəqiq olmağa çalışın,qərar verin və əməl edin və s.
Posted on: Wed, 09 Oct 2013 16:24:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015