Xoşbəxtliyin səbəbi tapıldı Alim Stiven Koul və - TopicsExpress



          

Xoşbəxtliyin səbəbi tapıldı Alim Stiven Koul və onun komandası xoşbəxtliyin iki növünü araşdırmaq üçün 21000 geni analiz ediblər. Belə ki, Evdemonistik xoşbəxtlik zamanı fərd həyatın mənasını tapmağa çalışır. O, xeyirxahlıqdan, xoş şeylərdən həzz alaraq xoşbəxt olur. Gedonistik xoşbəxtlik zamanı isə insan fiziki həzzlərlə xoşbəxt olur. Araşdırmalar zamanı alimlər 80 yetkin şəxsin xoşbəxtliyini qiymətləndiribl ər. Bununla yanaşı bütün mənfi psixoloji və fəaliyyət faktorlarını da nəzərə alıblar. Nəticədə məlum olub ki, əgər insan özünü xoşbəxt hiss edirsə bu onun immun hüceyrələrində düzgün genlərin fəaliyyətinə stimul verir. Amma qeyd edək ki, buna yalnız xoşbəxtliyin bir növü- insan məqsəddən və həyatın mənasından doğan dərin hisslər keçirirsə aiddir. Amma qeyd edək ki, bütün 80 nəfər hamısı özlərini istər fiziki, istər ruhi yandan xoşbəxt hiss ediblər. Koul isə deyib ki, insan genləri xoşbəxtliyə olduqca həssasdır by_Rufik
Posted on: Tue, 20 Aug 2013 04:33:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015