XƏBƏRDARLIQ!!!! Gürcüstan siyasi hakimiyyəti dini - TopicsExpress



          

XƏBƏRDARLIQ!!!! Gürcüstan siyasi hakimiyyəti dini dözümsüzlüyü davam etdirməkdədir. Məşhur Faxralı məscidi ilə bağlı problemi təsadüfi, epizodik hal kimi qiymətləndirirdik. Ancaq son hadisə- Məscidin minarəsinin sökülməsi Gürcüstan siyasətində dini dözümsüzlük probleminin mövcudluğuna işarədir. Gürcüstanda soydaşlarımıza müraciət edirəm:-Toponimlərin bərpası, cinayətkarcasına soydaşlarımızın əlindən alınmış torpaqların geri qaytarılması, milli təhsilin toxunulmazlığının təmin olunması, dini dözümsüzlük hallarının aradan qaldırılması istiqamətində hüquq müstəvisində mübarizənizdə ardıcıl olun! Həm də seçkidə icmanın vahid mövqeyinin müəyyənləşdirilməsi istiqamətində düşünmənin vacibliyini düşünürəm. Gürcüstan siyasi sistemi soydaşlarımızın duyğuları ilə oynamaq kimi zərərli bərdişdən Imtina etməli, insanlarımızı şirin-yalançı vədlərlə aldatmamalədırlar. Bu indiki zamanda Gürcüstana arxadan vurulan zərbə olmaqla, Qafqazda Azərbaycan və Gürcüstan arasında münasibətlərə sarsıdıcı zərbə vura bilər. Bu.nu dəyərli gürcü dostlarımız nəzərə almalıdırlar.
Posted on: Tue, 27 Aug 2013 18:00:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015