XƏBƏRDARLIQ | Özili biz də sizin qədər sevirdik, biz də - TopicsExpress



          

XƏBƏRDARLIQ | Özili biz də sizin qədər sevirdik, biz də hər Madrid azarkeşi kimi əsəbləşmişdik. Ona görə də 2 gündür səhifədə gələn commentlərə çox müdaxilə etmədik. Ama artıq bundan sonra səhifəmizdə söyüşlü comment yazan, məşqçini, Bale-i, HƏTDA Perezi belə təhqir edənlərin əvvəl komenti silinəcək, sonra da ban oluanacaqlar. Madridi Özilə görə sevməmişdik ki, Özil gedəndə səhər-axşam söyək. Hazırda Ancelotti, Bale, Perez bu kluba xidmət edir(xidmətin üsulunu tənqid edə bilərsiniz,o heç) Özil isə xidmətlərini tamamladı. Belə düşünmək və çətin də olsa razılaşmaq lazımdır. Qarşıda uzun bir sezon var və komandanın Özildən, Baledən, Ronaldodan çox, azarkeşlərinin dəstəyinə ehtiyacı var. Təkrar edirik, səhifədə kimliyindən asılı olmayaraq və kimə yönəlməsindən asılı olmayaraq təhqirlər, söyüşlər işlədən şəxslər uzaqlaşdırılacaq. Keyfiyyətimizi necə gətirmişiksə, elə də davam etdirəcəyik. Hörmətlə! Real Madrid C.F - Azerbaijan Fan Page.
Posted on: Wed, 04 Sep 2013 07:57:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015