Xəstəlikdir. Bir müddət əvvəl ənənəvi müxalifət - TopicsExpress



          

Xəstəlikdir. Bir müddət əvvəl ənənəvi müxalifət getməlidir, yeni müxalifət gəlməlidir kimi çağırışlar vardı. Müxalifətdə olmaq, avtoritar rejimin qılıncının bütün tərəfləri ilə kəsdiyi zaman müxalifətçi olmaq, bu düşərgədə sabit olaraq özünü saxlamaq, əslində cəmiyyətin yeni qüvvələrinə stimul verməli idi ki, yeni təşəbbüslər əsasında yeni təşkilatlar qursunlar. Amma belə bir tendensiya müşahidə olunmadı və olunmamaqdadır. Eyni zamanda, bu sayaq ittihamların qəzetlərlə bağlı səsləndirilməsi ikiqat sərsəmlikdir. Nifrət bu həddə qədər gəlib çatanda buna sərsəmlikdən başqa ad vermək olmur. Bir qəzeti alıb oxumaq və ya oxumamaq olar. Ölkədə yeni qəzetlərin yaranmasını heç bir qəzet əngəlləyə bilməz, axı. Əksinə, məsələn, Azadlıq kimi bir qəzetin müəyyən etdiyi informasiya standartları onlarla, bəlkə də yüzlərlə insana təşəbbüskarlıq meydanları yaradır. Bundan istifadə etmək əvəzinə təfəkkürün murdarlıqlarını və iyrəncliklərini cəmiyyətə saçmaq, sadəcə, xəstəlikdir. Əlacsızlıqdan və aşırı nifrətdən yaranan xəstəlik.
Posted on: Wed, 13 Nov 2013 21:08:15 +0000

Trending Topics



og was lost and
Ok Folks! Contest time!! My birthday is coming up but I want to
Well today is a very sad day for me x my beautiful little badger
wdoosfta
I watched this game on DVD again today. Everybody said Ohio State

Recently Viewed Topics




© 2015