"Xəzər Lənkəran" "Makkabi"yə rəqib oldu Dunen UEFA Avropa - TopicsExpress



          

"Xəzər Lənkəran" "Makkabi"yə rəqib oldu Dunen UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Təmsilçilərimizdən "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Slima" ilə qarşılaşıb. Maltada rəqibi ilə 1:1 bərabərə qalan Con Toşakın komandası bu görüşün əsas favoriti hesab olunurdu. Matçın 29-cu dəqiqəsində Rahid Əmirquliyevin vurduğu qol "Xəzər Lənkəran"a minimal hesablı qələbə qazandırıb - 1:0. Qeyd edək ki, "Xəzər Lənkəran" ikinci təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə üz-üzə gələcək. 11 iyul Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu 20:00. "Xəzər Lənkəran" (Azərbaycan) - "Slima" (Malta) - 1:0 Qol: Rahid Əmirquliyev, 29 (1:0) Qırmızı vərəqələr: Baldoçino Qatt, 73 ("Slima"), Elnur Abdullayev, 85 ("Xəzər Lənkəran) Hakimlər: Vim Smet, Dirk Giyon, Riyen Vanizere, Sem Loeman (hamısı Belçika) Lənkəran. Mərkəzi şəhər stadionu (İlk oyun - 1:1) "Xəzər Lənkəran": Toni Doblas, Rasim Ramaldanov, Sadio Tounkara, Eder Bonfim, Junior Nildo, Zoahir Benouahi, Rahid Əmirquliyev (k), Radomir Todorov, Nikola Qligorov, Adrian Skarlatake, Marin Orsuliç. Ehtiyat oyunçular: Orxan Sadıqlı, Vanderson Skarduelli, Alvaro Silva, Uğur Pamuk. Elnur Abdullayev, Adrian Pit, Ağabala Ramazanov "Slima": 12. Qlenn Zammit, 28. Cüzeppe Muskat, 13. Baldaçino Klifford Qatt, 33. Stefano Byançard, 2. Aleks Muskat (k), 24. Paltemio Barbetti, 25. Matias Muçardi, 8. Mark Sçerri, 10. Stenli Oxavuçi Nka, 7. Con Mintoff, 11. Ariel Laudisi Ehtiyat oyunçular: 1. Qenri Bonello, 3. Luka Martinelli, 27. Migelğ Kyantar, 16. Trevor Silia. 14. İvan Vuds Ramil Necefli...
Posted on: Fri, 12 Jul 2013 10:55:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015