"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "Bu klub futbolçu - TopicsExpress



          

"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "Bu klub futbolçu karyeramı çətinləşdirmək üçün hər şey etdi" "Xəzər Lənkəran"ın sabiq üzvü Denis Kalinkov çıxış etdiyi Moldovanın “Daçiya” klubundan 110 min dollar alacaq. Korner.az-ın məlumatına görə, 27 yaşlı futbolçu Moldova Futbol Federasiyasına şikayət ünvanlamışdı və futbolçu təzminat davasında qalib gələrək, bunları dedi: “Bu klub futbolçu karyeramı çətinləşdirmək üçün hər şey etdi. Buna görə də futbol federasiyasına müraciət etməyi qərara aldım. Komandada bütün futbolçularda belədir. Kimdəsə borc yarım il, kimdəsə azdır. Son 1 ili oynamamağım maaşlarda yığılan borcla əlaqədar idi. Klub məni nə əsas komandada, nə də əvəzedici heyətdə oynamamaq üçün sifariş etmədi. Əlbəttə, müqaviləmi pozmağa cəhd etdim. Ancaq klub transferimə görə məbləğ təyin etdi ki, bunu ya mən, ya da digər klub ödəməli idi. İyunun 1-də müqaviləm bitdiyimdən, artıq “Daçiya”nın futbolçusu deyiləm. İndi yeni iş yeri axtarıram. Bir variant var, ancaq hələ bir şey deyə bilmərəm”. Denis 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın heyətində oynayıb.
Posted on: Sat, 22 Jun 2013 12:23:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015