YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ Rəvayətlərdə - TopicsExpress



          

YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ Rəvayətlərdə tə’kidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli- beyt imamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min höccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “ İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani lə-kanə əhəduhuməl- höccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir. ( “Üsuli-kafi”, 1-ci cild, səh. 178-179) Aşağıda hər iki bölümün bə’zi rəvayətlərinə işarə edəcəyik: İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: ٌﻡﺎﻣِﺍ ﺎﻬﻴِﻓَﻭ ّﻻِﺍ ﺍﻮُﻠْﺨَﺗ ﻻ َﺽْﺭَﺎْﻟﺍ َّﻥِﺍ ْﻥِﺍَﻭ ْﻢُﻫَّﺩَﺭ ًﺎﺌْﻴَﺷ ﺍﻮُﻨِﻣﺆُﻤْﻟﺍ َﺩﺍﺯ ْﻥِﺍ ﺎﻤْﻴَﻛ ْﻢُﻬَﻟ ُﻪَّﻤَﺗَﺍ ًﺎﺌْﻴَﺷ ﺍﻮُﺼَﻘَﻧ: “Yer üzü heç vaxt imamsız qalmaz; əgər mö’minlər (səhvən ilahi tə’limlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.” ( Yenə orada, 1-ci bölüm, hədis: 2 və 6) Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: “Allah-taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!” ( Yenə orada) Hətta bəzi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər. ( Yenə orada, hədis: 11-13) İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir: ﺎﻤُﻫُﺪَﺣَﺍ َﻥﺎﻜَﻟ ِﻦْﻴَﻠُﺟَﺭ ُﺱﺎّﻨﻟﺍ َﻥﺎﻛ ْﻮَﻟ ُﻡﺎﻣِﺎْﻟﺍ: Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!” Başqa bir hədisdə isə belə buyurulmuşdur: ُﻡﺎﻣِﺎْﻟَﺍ ُﺕﻮُﻤَﻳ ْﻦَﻣ ُﺮِﺧﺁ َّﻥِﺍَﻭ “Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!” ( Yenə orada, “Ənnəhu lov ləm yəbqə illa rəculani lə kanə əhəduhuməl-imam” bölümü, hədis: 3) “Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı “Nəhcül-bəlağə”də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir: ٍﻢِﺋﺎﻗ ْﻦِﻣ ُﺽْﺭَﺎْﻟﺍ ﺍﻮُﻠْﺨَﺗ ﻻ ﻰﻠَﺑ َّﻢُﻬّﻠﻟَﺍ ﺎّﻣِﺍَﻭ ًﺍﺭﻮُﻬْﺸَﻣ ًﺍﺮِﻫﺎﻇ ﺎّﻣِﺍ ،ٍﺔَّﺠُﺤِﺑ ِﻪّﻠِِﻟ ِﻪﻠﻟﺍ ُﺞَﺠُﺣ َﻞُﻄْﺒَﺗ ّﻼَﺌِﻟ ،ًﺍﺭﻮُﻤْﻐَﻣ ًﺎﻔِﺋﺎﺧ ُﻪُﺗﺎﻨِّﻴَﺑَﻭ: “Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!” ( “Nəhcül-bəlağə”, xütbə: 147) Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23- cü cildinin “Əl-iztiraru iləl- höccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir. ( “Biharul-ənvar”, 23-cü cild, səh. 1-56) Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli- beyt (ə) məktəbinin qəti e’tiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq - istər aşkar tanınsın, istərsə də gizli yaşasın!” ( “Biharul-ənvar”, 47-ci cild, səh. 41) İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QUR’AN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR Yuxarıda qeyd edilən rəvayətlər əqli sübutlarla da uyğundur. Çünki bəhsimizin əvvəlində hər bir əsr və dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyini göstərdik. Onların vücudu olmayan təqdirdə fitnə-fəsadla əlaqədar “lütf qanunu” (Kəlam elmində Allahın mərhəmətilə əlaqədar əqli bir dəlil) yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir. “Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!” Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin. Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya məsum imam, ya da ilahi peyğəmbər olmalıdır. Ümumiyyətlə, əvvəlki hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu mə’na Qurani-kərimin bir sıra ayələrində də gözə çarpır. “İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!) (“Rəd” surəsi, ayə: 7) ayəsi göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidən məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur: ...ْﻢِﻬﻳِﺪْﻬَﻳ ﺎّﻨِﻣ ٌﻡﺎﻣِﺍ ٍﻥﺎﻣَﺯ ِّﻞُﻛ ﻰِﻓ َﻭ ﺹ) ِﻪﻠﻟﺍ ُﻝﻮُﺳَﺭ ِﻪِﺑ َﺀﺎﺟ ﺎﻣ ﻰﻟِﺍ): “...Hər bir dövrdə bizim aramızdan insanlara Peyğəmbəri-əkrəmin (s) gətirdiklərinə yönəldən bir imam vardır!” ( “Biharul- ənvar”, 23-cü cild, səh 5, hədis: 9) “Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi tə’limlərin əsaslarını təhriflərdən qoruyub- saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi təlimləri və peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir. Bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qurani- kərimdə buyurulduğu kimi, ilahi höccətlər, Allahın dəlil və aydın nişanələri məhv olmamalıdır. Burada artıq “ümumi vilayət”lə əlaqədar bəhsi sona yetirir və diqqətinizi imamın şərtləri və xüsusiyyətlərinə yönəldirik:
Posted on: Sat, 20 Jul 2013 09:11:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015