Yadigar Əliyev icra başçısını doğrultmur Gəncə Dövlət - TopicsExpress



          

Yadigar Əliyev icra başçısını doğrultmur Gəncə Dövlət Universitetinin rektorundan islahatlar gözləyən Yelmar Vəliyev pis vəziyyətdə qalıb 27.08.2013 / 10:31 Qəzetimizin ötən saylarında Gəncə Dövlət Universitetində yer almış bir sıra neqativ hallara dair tənqidi materiallar dərc olunmuşdu. Qeyd etmək lazımdır ki, nə ciddi narazılıqlar ifadə edən ictimai rəy, nə də Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən universitetin rektoru Yadigar Əliyevə elan olunmuş şiddətli töhmət burada baş verənlərin qarşısının alınması üçün stimul olmamışdır. Məlum olduğu kimi bir müddət əvvəl Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin və yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilmişdi. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri də iştirak edirdilər. Müşavirədə Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir Mikayıl Cabbarov tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdu. Lakin göründüyü kimi bu cür xəbərdarlıqlar rüşvət və korrupsiyanın əsas meyar kimi qəbul edildiyi müəssisələrdə heç bir təsir gücünə malik deyil. Redaksiyamıza daxil olan məlumatlarda irəli sürülən iddialara görə universitetdə həyata keçirilən pul yığımları hər zaman olduğu kimi davam etməkdədir. Əlbəttə ki, bu prosesin əsas aktivliyi məhz sessiya imtahanları dövrünə əsadüf edir. Elə son yay imtahan sessiyası da bu ittihamları təsdiqləyən yeni dəlillərlə kifayət qədər zəngin oldu. Qeyd olunduğu kimi, məlum səbəblərdən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da, onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırlar. Redaksiyamıza müraciət edən universitet tələbələri bildirirlər ki, yeni rektorun təyinatından çox az bir müddət sonra universitetdə rüşvət korrupsiyanın şiddəti bir az da artıb. Tələbələr hətta onlardan hansı qiymətə görə nə qədər pul tələb olunduğunu da gizlətmirlər. Dediklərinə görə, bu ali məktəbdə “üç” qiymətinin dəyəri 40-50, “dörd”ün dəyəri 60-70, “beşin” dəyəri isə 80-100 manatadır. Tələbələr yekunda heç diplom işi yazmağa da məcbur deyillər. Sadəcə əksər hallarda sovet illərində yazılmış köhnə diplom işləri məzunlara 500 manatdan 800 manata qədər qiymətə satırlar. Həmçinin mənbələr qeyd edir ki, əgər əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirdilərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb onu “növbəti instansiyaya” çatdırır. Bu instansiya kimi isə bəzi hallarda universitetin şöbə müdirlərindən biri, bəzi hallarda isə rektorun köməkçisi çıxış edirlər. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, son vaxtlar ölkə mətbuatının səhifələrində Gəncə Dövlət Universitetində baş verən çoxsaylı qanun pozuntuları barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir. Bəzi qaynaqlar hətta iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Bütün bu neqativ halların fonunda bir neçə ay bundan əvvəl Yadigar Əliyevin Gəncə Dövlət Universitetinə rektor təyin olunması həm ictimaiyyətin, həm də tələbələrin mütərəqqi islahatlara ümidlərini gücləndirmiş oldu. Xüsusən də Gəncə Dövlət Universitetinin rektorundan islahatlar gözləyən, onun bu vəzifəyə təyin olunmasına canfəşanlıq edən Yelmar Vəliyev pis vəziyyətdə qalıb. Lakin sonrakı proseslər az bir vaxt ərzində bu elm xadiminin də əsil məqsədlərini ortaya qoydu. Göründüyü kimi bu məqsədlər isə nə Azərbayacan elminin, nə də Azərbaycan təhsilinin mənafeyləri ilə qətiyyən uzlaşa bilmirlər...
Posted on: Tue, 27 Aug 2013 08:39:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015