Yalanmış nə varsa yaşadığımız... Nə varsa söylədiyin, - TopicsExpress



          

Yalanmış nə varsa yaşadığımız... Nə varsa söylədiyin, nə varsa hiss edilən, hər şey yalanmış... Bu qədər keçmi anlamalıydım? Bu qədər çoxmu bağlanmış olmalıydım? Niyə münasibətimizin ən başında deyil, məhz indi? Mən idim ürəyinə seçdiyin oyuncaq?! İtən zamanlar, ümidlər gəlirmi heç? Əlbəttə yox... Kimsəsiz idim. Çarəsiz idim. Qaranlıq idi və tükənmişdim sən gedəndə. Susdum, söyləyə bilmədim. İçim ağlayırdı bir damla gözyaşı tökə bilmədim. "Sevirəm" deyə bilmədim. Torpağın qoxusunu, havanın qoxusunu, çiçəklərin qoxusunu hamısını bir-bir qoxladım, bir sənin qoxun idi bilmədiyim.Əlaqədar olmadığım nə varsa bildim. Hamısını əzbərlədim. Yalnız Sən idin bir söz aça bilmədiyim. Səsini bilmədiyim, üzünü görmədiyim, yalnız xəyal edə bildiyim bir gözəllik idin. Gəzirdin damarlarımda. Səni özünü mənə tanıtdığın qədər tanıyırdım... Bir də Səni içimdə böyütdüyüm qədər. Susqundum. Tək idim. Sevmişdim O təsəvvür belə edə bilmədiyim getdişində yaşamaq belə istəmədim. Ölməyə də cəsarət edə bilmədim. "Sevirəm" deyə bilmədim. Dayan! desəydim, qal desəydim, qalardın mənimlə? Getmə desəm, dinləyərdin məni? "Sevdim səni, sənin ağlına belə gətirə bilməyəcəyin qədər"-desəydim inanardın? Sən də məni ən az mənim qədər sevərdin? Of! Yanır ürəyim. Sən belə getməməli idin. Bəs məndən ayrılmayacaqdın? Bəs mənim üçün hər şeyi edəcəkdin? Bəs "Qayıt, gəl!" desəm, ən uzaq yollardan belə mənə çatardın? Axı qeyri-mümkünlük deyilən bir şey yox idi? Axı sevənlər hər maneəni keçərdi? Andların, sözlərin hanı? O böyük sevgin harada qaldı? Özümü itirmişdim, çox... Getməzdin! Ya sevsəydin ya da yoxluğuma dözə bilməz gələrdin. Amma getdin... "Sevirəm"-deyə bilmədim. Yalanların, səhvlərin, səhvlərin və peşmanlıqların hamısı Sənin olsun, gəlmə!!! Səni istəmirəm artıq... Getdiyin yer, xoşbəxtlik verməyəcək sənə, buna əmin ol! Bağışlamayacam səni! Məni aldatmaq sənin üçün bu qədərmi asan idi?! Səninlə yaşadıqlarıma lənət olsun! Geri qayıtmaq şansımız olsaydı, bəlkə deyərdim. Tək bir şey qalıb içimdə:"Sevirəm" - deyə bilmədim..Daha o sözü demək də gəlmir ürəyimdən!
Posted on: Thu, 20 Jun 2013 11:38:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015