Yazmaq istəmirəm sizləri, Məndən qaçın, sətirlər, - TopicsExpress



          

Yazmaq istəmirəm sizləri, Məndən qaçın, sətirlər, sözlər. Silib hər yerdən izləri, Bir gün yox olub itəcəm gözdən. Məndən qələm də bezdi, Bezdi bütün tanrılar da. Bütün gün axtardım onu, Oxuyub dualardan. Yazmaq istəmirəm düzləri, Qaçın mənə yalanlar, şərlər. İnsanlar atıb həqiqətləri, Pul yanında neyləsin şeirlər. Məndən sizlər bezdi, Bezdi bütün adamlar da, Bütün gün daşlayıb məni, Qovsun evlər, bu damlar da.
Posted on: Fri, 30 Aug 2013 19:07:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015