Yeni yazım :) Mahnılarda yaşayan Qarabağ... Qarabağ... - TopicsExpress



          

Yeni yazım :) Mahnılarda yaşayan Qarabağ... Qarabağ... Azərbaycan adına kiçik müstəvidə də olsa az-çox nəzərəçarpan uğurlara kölgə salan Qarabağ dərdi...Sovet hakimiyyətinin dağılmasından sonra müstəqilliyə hazır olan respublikalar sırasında qərarlaşmayan Azərbaycanın qərb qonşusu mənfur ermənilər tərəfindən acgözlüklə zəbt olunan Qarabağ zaman keçdikcə unudulmaqdadır. XIX əsrin əvvəllərindən başlayan və iki tarixi mərhələ etibarilə bir-birinə yaxın olan müqavilələrlə parçalanma prossesinə qədəm qoyan tarixi ərazilərimiz kimi Qarabağın da adı tarixin yaddaşına qovuşma təhlükəsi ilə üz-üzədir..Sağlam düşüncəli orta və yaşlı nəslin xatirələrində yaşayan Qarabağ artıq cəmiyyətimizin gənc təbəqəsi üçün heç də sarı sim anlamına gəlmir.Düşmənə nifrət, qisas istəyi öz mahiyyəti etibarilə səthi emosiya partlaması xarakteri alıb, Azərbaycan gəncliyində. Bir problem yoxdur ki? sualına problem Qarabağ o da bizlik deyil kimi utancdoğurucu ifadələrlə ucuzlaşdırılan Qarabağ dərdini anlamayan, gözünü açandan efirdə şou -biznes ulduzlarının dəbdəbəli həyatını görən gəncliyin qəbahəti kimi də qələmə vermək doğru olmazdı.Axı Qarabağı görməyən, onun haqda yalnız məktəb dərslikləri çərçivəsində məlumatı olan 90-cı illər doğumlu gənclik necə başa düşsün ki, Qarabağ coğrafi ərazi itkisndən daha böyük anlam kəsb edir .Ata-anasının xatirələrini şablon söhbət mövzusu kimi qarşılayan, guya qayıtsa gedib neyləyəcəksiniz ki ? gül kim yaşayırıq da deyə reaksiya verən əksər Azərnaycan gəncinin təfəkkürünə təsir edə biləcək hər hansı patriatizm ruhu yoxdur bizim cəmiyyətimizdə. Əsas maarifləndirmə vasitəsi sayılan KİV-lərin gündəlik proqram bülletenində yalnız ayrı-ayrı ərazilərin ildönümündə xatırlanan Qarabağ haqda müxtəlif səpkili verilişlər hazırlamaqdansa istedaddan və intellektdən başqa hansı məfhum desən aşkarlanması mümkün olan cılız şou adamlarına yer verilir.Bu şəxslərin əksəriyyətinin repertuarında bir və ya iki boğazdan yuxarı patriatik səpkili mahnılar yer alır ki, bunlarla da nəinki təfəkkür inqilabına səbəb olmaq olar əksinə ...İki sözü bir-birinə calayanda yəni bağlayıcısının köməyi olmadan keçinə bilməyən, oxuduğu mahnının mözvzusu bir yana, onu peşəkar nöqteyi-nəzərindən düzgün çatdırmayan zümzüməçilərdən çox bu inqilaba səbəb olacaq ziyalıları var axı bu millətin... !O ziyalılar ki, bu tarixi səhvi, rəzilliyi, zəifliyi yeniyetmə və gənclərin düşüncəsinə hopdura biləcək gücə malikdirlər.Başına kepka keçirib ya Qarabağ ya ölüm deyən reperlər,məsti xumar olmuş meyxanaçılar, gözünü yumub ağızını açaraq yanğılı təəssürat yaradan, oxuduğu Qarabağda belə bazar güdən müğənnilərin toplam efir vaxtının heç olmasa yarısı qədər ziyalı fikrinə televiziyalarda efir vaxtı verilmir. Ayrı-ayrı yerlərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə maraqlanmaqdansa gözdən asılan o şəffaf pərdəni cırıb atmaqdansa, Səmədlə Əlinin konfliktini çözməyə meylli olan KİV-lərin mənafeyi xaricindədir bu məsələ. Bu məsələdə də KİV rəhbərlərini qınamaq doğru olmazdı.Kommersiya vasitəsi olan televiziyanın izləyici auditoriyası üçün artıq maraqsız olan bu mövzuyla niyə reytinqini itirsin ki ?! Sonu görünməyən sülh yolunu öz şəxsi mənafeyinə uyğun hesab edən cəmiyyətin külə dönən patriatizmini necə alovlandırmaq olar ki ?! Ondansa yarıçılpaq geyimi şəxsi həyatı ilə tamaşaçıda maraq oyada biləcək Pişik Günel var, Rəqsanə var, hətta Aysun var ... Bir neçə gün öncə məndə əsil sarkazm doğuran bir veriliş gedirdi özəl kanalların birinin axşam efirində. Sms yarışması xarakterli bu verilişdə əslən Qarabağdan olan iki müğənni bir-birinə necə girişmişdilərsə kənardan onları plakatlar və hurrey sədaları altında dəstəkləyən ellilərindən stimul alıb hərəsi öz bölgəsini vurğulayırdı, bütöv Qarabağın adı çəkilən bir mahnıda. Ritmik musiqi sədaları altında rəqs edən tamaşaçılara ( qohumlara) baxdıqca öz milli mənsubiyyətimə belə nifrət etmək istədim ! Yaxşıca pafosa malik aparıcının qızışdırdığı bu iki ayrı cəbhəlilər lap bir-biriylə savaşmağa da hazır idi, Füzuli və Ağdama görə... Ancaq dediyim kimi bir-biriylə ! Özü də patriatizmdən çox bu iki məhlə uşağının Barsa və Real üstündə mübahisəsinə bənzəyirdi ... Aparıcının Füzulinin səsi gəlmir bağırmasından sonra zalı bürüyən Füzuli sədalarına lazımınca cavab verən Ağdam əks -sədasını eşitdikcə vəsiqəsində Şuşa qeydiyyatı əks etdirilən bir Qarabağlı olaraq lap sükuta qərq oldum... Sahib Əsədbəyli
Posted on: Sun, 17 Nov 2013 12:31:46 +0000

Trending Topics



-height:30px;"> jei football player k jeirokom lage: *Pirlo- Roman
LADKIYON KI KAHANI If v treat her nice she says yaar mujhe

Recently Viewed Topics




© 2015