Yenə başladım… Son vaxtlar yaman təkəm. Yalnızlığımı - TopicsExpress



          

Yenə başladım… Son vaxtlar yaman təkəm. Yalnızlığımı yazarkən unuduram sanki. Açıram “playlist”imi. Həmişəki mahnılar. Qulaqcıqlarımı taxıram və başlayıram yazmağa. Amma bir şey də var ki, “nədən yazım?” deyə fikirləşəndə çox vaxt itirirəm. Amma indi nə yazım deyə fikirləşmirəm heç. Yaza-yaza gələk görək axırı necə olur. Görəsən mənim axırım necə olacaq? Bir yandan jurnalistəm, bir yandan “Oda”da aktyoram. Bir az da insanların mənə olan münasibətlərindən danışım. Hələ insan içinə təzə çıxdığım vaxtlar hamıyla mehriban idim. İnsanlar da mənə qayğı göstərirmişlər kimi davranırdılar. Bir müddət keçdi, özüm ayırd etdim ki, kim yaxşıdır, kim pis. Mənə mənfi enerji verən insanlardan uzaqlaşdım. Ümumiyyətlə mən qəribə insanam. Kobud, qaşqabaqlı, əsəbi. İlk baxışdan çoxlarının məndən zəhləsi gedir. Hətta bunu üzümə deyən də olub. Səbəbi isə məni yanlış tanımaqlarıdır. İlk baxışdan pis birinə bənzəyə bilərəm. Qəbul. Amma içimdə saf, sakit, yardımsevər Nihad var. Nə qədər eləyirəmsə o, Nihadı üzə çıxara bilmirəm. Sevdiyim insanlara da sevgimi bildirməkdə çətinlik çəkirəm. Yardımsevər deyəndə, çoxları deyir ki, özünü tərifləyirsən. Əslində heç yardımsevər olmaq istəməzdim. Çünki mənasız bir şeydir. Belə deyim də, bu insanlara yardım əlini uzadmaqdansa arxanı çevirsən daha yaxşı olar. Məsələn, mən birinə uzun müddət kömək edirəm – maddi, mənəvi. Onda oluram yaxşı adam. Amma bir gün onun istədiyini etməsəm oluram pis, oğraş adam. Nə deyim Vallah. İnsanları nə qədər sevməyə çalışsam da onlar öz mahiyyətlərini ortaya qoyurlar və beləcə onlara qarşı sevgi yox, nifrət yaranır. Birdə insanlara çox tez inanıram, onların yaxşı olduğunu zənn edirəm həmişə. Bir dostum var Elmin. Həmişə ona gəlib deyirəm ki, filankəs yaxşı insandır, əjdahadır və s. Sonra bir müddət keçir həmin adam əsl mahiyyətini sərgiləyir. Bu bir neçə dəfə olub. Həmişə Elminə kiminsə yaxşı insan olmağı haqqında danışıram. Sonra da gəlib deyirəm ki, yox eee Elmin, bu da zay çıxdı. Bilmirəm bu Elminə dediyim üçün belə olur yoxsa nədir? Bu yaxınlarda gözəl bir qızla tanış olmuşam, qorxumdan Elminə demirəm ki, bu da zay çıxar sonradan. Elmin demişkən. Bir az da Elminlə olan münasibətimdən danışım. Elmini Oda teatrından tanımışam. Hələ ki, bu tərəflərdə tanıdığım ən yaxşı insandır. Artıq 7 aydır ki, dostluq edirəm onla. Düzdü məndən yaşca yamanca böyükdü, amma yenə də xasiyyətlər tutuşur. Amma Elminlə dostluq etdiyim üçün də problemlərlə qarşılaşmışam. Belə desək Elminlə dost olduğum gündən bəri özümə babat düşmən tapmışam. Səbəb çox isə axmaqdır e qardaş. Problem Elmində də deyil e. Problem bu insanlardadır yenə də. Elminlə aram yaxşıdır deyə çoxu uşaq kimi ciddi-ciddi paxıllıq edir. Hər yerə bir gedirik, hər işi bir görürük deyə. Nə isə, başınızı ağrıtmadım ki? Yox? Onda davam edim. İnsanlara nə qədər nifrət etsəm də bəziləri var ki, onları sevirəm. Sırf həmin insanlar mənə yaşamaq üçün stimul verir. Amma yenə də insan kimi adlandırılan bəzi məxluqlar həmin stimulun içinə pox qoyur. Vallah deyirəm bu iyrənc insanları görəndə heyvanlara qarşı sevgim artır. Bilmirəm bu insanlar niyə belə edir. Bəlkə də bu insanları belə edən tanrıdır. Üstümə salır yaratdığı məxluqları. Axı məndən nə istəyirsən tanrı? Nə pisliyim dəyib sənə? Sakit özüm üçün yaşayıram da. Məni yaratmısan çox sağ ol. Di imkan ver yaşayaq!
Posted on: Fri, 15 Nov 2013 20:44:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015