Yeri gəlmişkən Bakının adını dəyişdirib «küləklər» - TopicsExpress



          

Yeri gəlmişkən Bakının adını dəyişdirib «küləklər» yox, «tozlar-torpaqlar şəhəri» qoysaq, səhv etmiş olmarıq. Bu yaxınlarda, Bakının küçələrində şəhərimizin günbəgün yenilənən görünüşü haqda sorğu aparılmışdır. Müxtəlif formalı, amma eyni məzmunlu fikirlər eşitdik. Camaat nə deyir? Deyir ki, iyirmi il əvvəl Bakı başqa cür idi. Küçələrdə yerimək rahat idi. Atəşfəşanlığı seyr etmək üçün eyvana çıxmaq kifayət edirdi. Yaşıllıqlar çox idi, böyük-böyük ağaclar var idi, kölgəliklər çox idi. Bir sözlə, Bakı əla şəhər idi. Amma indi tikilən yeni binalar kortəbii tikilir. Axı heç yerdə belə tikilmir. Bilmirik hansi meqapolisə oxşatmaq istəyirlər Bakını.
Posted on: Sat, 21 Sep 2013 18:19:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015