Zahid Oruc: "İntelektli, bilikli, bacarıqlı insanların “Kadr - TopicsExpress



          

Zahid Oruc: "İntelektli, bilikli, bacarıqlı insanların “Kadr Bankı” yaradılacaq" Prezidentliyə namizədin Seçki Platformasında nələr əksini tapır? "Azərbaycan Respublikasının Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması reallaşacaq və bu istiqamətdə ciddi addımlar atılacaq..." "...bizlər bu gün seçkilərə qatılmaqla ölkənin müasir həyatında müşahidə olunan inkişafın dinamikliyinin artırılmasına, mütərəqqi islahatların bir qədər də sürətlənməsinə, hakimiyyət və vətəndaş cəmiyyəti arasında formalaşan münasibətlərin daha sıxı şəkildə bağlanmasına, stabil və sürətli inkişafın davamlı prosesə çevrilməsinə və gücləndirilməsinə nail olmağı müəyyən hədəf kimi müəyyənləşdirmişik". Bu fikir prezidentliyə namizəd Zahid Orucun Seçki Platformasında əksini tapıb. Prezidentliyə namizədin Seçki Plartformasında qeyd olunur ki, digər tərəfdən, Z. Oruc seçkilərə qatılmaqla insanları narahat edən sosial, iqtisadi, siyasi, hüquqi, humanitar və digər aktual məsələləri qabardaraq bu proseslərin həllində mühim rol oyanmağı da qarşıya əsas məqsəd kimi qoyub: "Məhz buna görə də irəli sürülən platformamızda ayrı-ayrı sahələrdə inkişafın dinamikliyini yüksəltməyə xidmət edəcək təklif və ideyalar yer almışdır. Biz cəmiyyətimizə ASAND hökümət modelini təqdim edirik. Biz bütün istiqamətlər üzrə həyata keçirilən inkişaf strategiyalarını təqdir edir və insanları bu inkişafın davam etdirilməsinə səs verməyə çağırırıq..." Prezidentliyə namizədin Seçki Platformasında - "İnsan Kapitalı" bölümü isə göstətilir ki, insan kapitalı – insanın cəmiyyətdə özünü tam realizə edilməsinə, habelə təmsil olunduğu cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə yönəlmiş bilik, bacarıq və vərdişlərin cəminə deyilir: "Qarşıya sürmüş olduğumuz addımlardan biri də məhz bu istiqamətdə çevik addımların atılmasından ibarətdir. Çünki Azərbaycanın gələcək inkişafı insan kapitalı təməli üzərində qurulacaqdır. Bu proses indi də gedir, sadəcə enerji və bunun üzərində qurulan maliyyə potensialı tükənməz deyil. Ona görə də biz fikirləşirik ki, bu potensiladan istifadənin məhz pik nöqtəsində insanın beyin potensialına və onun verə biləcəyi dəyərə diqqəti daha çox artırmaq lazımdır. Bu gün Azərbaycanda Elm Fondunun yaradılması, habelə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət proqramının icra edilməyə başlanması, digər tərəfdən gənclərlə bağlı dövlətin həyata keçirdiyi ölkəmiqyaslı tədbirlər və s. olduqca təqdiredici haldır. Və biz əminik ki, bir neçə il sonra dövlətin insan kapitalına verdiyi dəyər və investisiya geri dönməyə, yəni dövləti gücləndirməyə və onun yeni sahələrdəki inkişafına yönələcək. Biz də düşünürük ki ölkənin neft kapitalının sürətlə insan kapitalına çevrilməsi istiqamətində addımların atılması çox mühimdir. Çünki, gələcəkdə yaxşı hazırlıq keçmiş, mükəmməl təhsil almış gənc kadrlar, Azərbaycanın biliklərə və innovasiyalara əsaslanan, müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən siyasətinin özəyini təşkil edəcəklər". Prezidentliyə namizəd kimi Z.Oruc qeyd olunan istiqamətdə addımların atılması üçün aşağıdakı məsələləri daha çox ön plana çıxarır: 1. Azərbaycanda insan kapitalının yaradılması ilə bağlı dövlət səviyyəsində fəaliyyət planı hazırlanacaqdır. Bu fəaliyyət planı siklik olacaq, konkret 3 və 5 illik addımları özündə ehtiva edəcək; 2. Azərbaycan Respublikasının Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması reallaşacaq və bu istiqamətdə ciddi addımlar atılacaq; 3. Təhsildə aparılan ciddi və köklü islahatlar bir az da sürətlənəcək; 4. Elmi müəssisələrin effektlilik əmsalı artırılması üçün elmi sferada çalışan hər bir şəxsin sosial rifahının artırılması istiqamətində mühim addımlar atılacaq. Bu sırada maaşların davamlı artırılmasını, elmi işçilər üçün münasib şərtlər daxilində mənzillə təminatlar, müxtəlif sığorta haqlarından istifadə və s. kimi məsələlər ön sırada yer alır; 5. İntelektli, bilikli, bacarıqlı insanların “Kadr Bankı” yaradılacaq; 6. Xaricə axın edən beyin axınlarının qarşısı alınacaq və xaricdə yerləşərək fəaliyyət göstərən gənclərimizə, insanlarımıza müraciətlər ediləcək, onların ölkəmizdə fəalliyyət göstərməsi üçün yeni-yeni imkanlar yaradılacaq; 7. Xaricdə təhsil alıb ölkəyə dönmüş intelektli, bilikli, sağlam düçüncəli gənclərə dövlət strukturlarında yüksək vəzifələr təkilif olunaraq, onlar ölkənin siyasi, iqtisadi, hərbi, tibbi, habelə sosial problemlərinin həll olunmasına cəlb olunacaq; 8. Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət olunacaq, korrupsiya halları sıfra endiriləcək; 9. Universitetlərimizin maddi-texniki bazası, kitabxanaları, kompyuter mərkəzləri, yataqxanaları, istirahət mərkəzləri və idman komplekslərindən tutmuş, tələbələrin təqaüdlərinə qədər hər məsələ diqqət mərkəzində saxlanılacaqdır. Çünki biz düşünürük ki, tələbə universitetə daxil olarkən yalnız təhsil və elm barədə düşünməlidir; 10. Tələbə mübadilələrinin aparılması istiqamətində çox mühim addımlar atılacaq; 11. Azərbaycanda təhsil alan tələbələrimizin müasir iş təcrübəsinə sahiblənməsi üçün onlar dünyanın qabaqcıl ölkələrinə ezam olunacaqlar; 12. Təhsil və beyin mərkəzlərimizdə dünyaca məşhur savadlı şəxslərin mühazirələr oxuması üçün önəmli addımlar atılacaq; 13. Azərbaycanlı gənclərin tez-tez beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak edə bilmələri üçün lazımi şəraitlər yaradılacaq; 14. Gənclərimizin elmə, biliyə marağının daha da artırılması üçün onlara həvəsləndirici mükafatlar təqdim olunacaq; 15. Gənclərdə texniki elmlərə həvəsin artırılması istiqamətində daha çox işlər görüləcək; 16. İdaman və mədəniyyət sahəsində fərqlənən gənclərə xüsusi olaraq önəm veriləcək. Səbuhi
Posted on: Tue, 01 Oct 2013 06:59:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015