Zahida Vulkan DOSTLAR HAMINIZA MÜRACİƏT EDİRƏM, Kimin - TopicsExpress



          

Zahida Vulkan DOSTLAR HAMINIZA MÜRACİƏT EDİRƏM, Kimin imkanı varsa, Sərdar Əlibəylinin siyasi məhbus kimi siyahıya salınmasına köməklik göstərsin. Onun bu günə kimi hüquqlarının qorunması üçün belə, heç bir addım atılmamışdır. Sərdar Əlibəylinin siyasi mənsubiyyəti yoxdur. Amma o, bu iqtidarın cinayətlərini cəmiyyətə göstərən ləkəsiz bir güzgü olduğu hamımıza bəllidir. Ona qarşı zaman-zaman edilən haqqsızlıqları həm İngilis dilində və həm də Azərbaycan dilində paylaşıram. İmkanı olanlar köməklik göstərsin. Onun bir balası var. Lal-kar, hərəkəti məhdud. Hər gün barmağı ilə atasının şəklini anasına göstərərək, onu gözlədiyinə işarə edir.Bu haqqsızlıqla barışmaq zülmü qəbul etməkdir. Susma! Sussan növbə sənə də çatacaq!!! Sardar Alibeyli is a political prisoner He was persecuted and arrested due to open critics of the government from time to time. But in order to create the background of absence of political prisoners in Azerbaijan but now it is habit to arrest the persons planned to be arrested for political views as “hooligans”. Political prisoner Aliyev Sardar Mahammadali oglu was born in Agbulag village of Goycha region (Krasnoselsk) of Armenian Republic on Mar 23, 1965. He is a founder and editor in chief of “Nota”, “Nota bene”, “P.S.nota” and “Polad” newspapers and P.S.Nota website. By sentence of Baku city, Nizami district court dated July 22, 2009 based on complaint under special accusation of Tahmasib Novruzov he was accused by Article 148 of Criminal Code and imprisoned for 3 months. By verdict of Baku city Appeal Court of Oct 08, 2009 the sentence of Baku city, Nizami district court dated July 22, 2009 was kept in force and S.Alibeyli (Aliyev) was arrested in the court hall. The case was complained to European Human Rights Court and on the case ALIBEYLI v.AZERBAIJAN 34717/10 file was opened. Moreover the Baku city, Nizami district court has accused the applicant on July 20, 2009 with Article 147.2 (libeling with committing of grave crime) of the Criminal Code and has sentenced him for 7 months corrective works with deduction of 10% of his monthly incomes in favor of state. While considering of appeal complaint at Baku Appeal Court on Oct 09, 2009 the applicant was already arrested and imprisoned by decision of the same court (Baku Appeal Court) dated on Oct 08, 2009 on 1st defamation accusation. By decision of Baku Appeal Court dated Oct 09, 2009 the applicant was accused on Article 147.1 of the Criminal Code (libeling) and was imprisoned for 3 months and the court has combined this 3 months’ imprisonment of Alibeyli with other 3 months’ imprisonment with verdict of Baku Appeal Court dated Oct 08, 2009 and finally had decided to make a sentence of 4 months. This case was also complained to European Human Rights Court and on the case ALIBEYLI v. AZERBAIJAN 8791/11 file was opened. He served the given sentence completely. On July 31, 2103 two civil worn persons called Sardar Alibeyli out at tea house located in park on Narimanov subway. When he went out these people told him to follow to Baku city Main Police Dept. Sardar Alibeyli told that he was not informed officially by notice or called in this regard. At that these two persons forcibly took his arms and forced to sit in car. He was taken not to Baku city Main Police Dept but to Khatai police dept. S.Alibeyli told that he was falsely accused for his articles and so refused to give any explanation, but he was allowed to contact his lawyer and the state lawyer was provided him. He refused to that lawyer and in refusal to give explanation he was brought face to face with Amirov Namig Miralam oglu, a person as if sought for job in market at 21.00 hrs, residing at Hovsan city and registered in Malham village of Shamaky region, that was especially beaten and instructed by this lawyer. But in fact S.Alibeyli was not familiar with that person at all. That day a protocol on his detainment was made and he was sent to temporary isolator located at yard of 37th Police unit of Khatai police Dept. Despite of insisted requests Sardar Alibeyli he was not given a pen and paper. In addition a surveillance camera was installed in the room of isolator and it was direct violation of his rights to get advice with lawyer under confidential conditions and to have contact. On Oct 02, 2013 the Khatai district Court had sentenced S.Alibeyli for 2 months. Despite his arrest S.Aliyev was kept in Baku Investigation Isolator as specified in law. Thus although the law predicts to keep the detained person in isolator not more than 3 days including Aug 03, 2013 S.Alibeyli was not shifted to Baku Investigation Isolator. From documents submitted by us it is clear that the only child of S.Alibeyev Alibeyli Fakhraddin Sardar oglu is mentally ill and is 1st group invalid and he needs a permanent care and observation. His spouse doesn’t work. In view of the fact that the disabled child may to hurt himself or environment, his wife cannot work and has to take care of invalid child. S.Aliyev is the only person earning money for family. The detainment and arrest of Aliyev Sardar Mahammadali oglu was not in conformity with part 1 of Articles 7, 12, 28 of the Constitution, part 5 of Article 71 and Article 151, Article 5 and Article 6 of Convention on Protection of Human rights and basic freedoms, the law of precedents of European Human Rights Court, Articles of 3.4,4.1, 4.1.3., 4.2, 4.3, 4.4.,4.5 of the Constitutional Law of Azerbaijan Republic on regulation of implementation of human rights and freedoms in Azerbaijan Republic, Articles 12.1, 12.4, 155.1, 155.2, 155.5, 157.1, 157.5,452, 453 of Criminal Procedural Code, as well as Section 13 of Plenum decision “On application of precedents of European Court on Human rights” and provisions of European Convention ”On protection of human rights and basic freedoms” while implementing the justice of Supreme court of AR, dated Mar 30, 2006 and the rights of Sardar Alibeyli, provided in those Articles were roughly and seriously violated. Sərdar Əlibəyli siyasi məhbusdur. Onu zaman-zaman iqtidarı açıq tənqid edən yazılarına görə təqib edib, həbs ediblər. Lakin Azərbaycanda guya siyasi məhbus olmadığı fonu yaratmaq üçün, son zamanlar siyasi baxışlarına görə həbs etmək planlaşdırılmış insanlar “xuliqan” kimi həbsə atılması dəbdədir. Siyasi məhbus Əliyev Sərdar Məhəmmədəli oğlu 23 mart 1965-ci ildə Ermənistan Respublikası Göyçə mahalının (Krasnoselski rayonunun) Ağbulaq kəndində anadan olub. “Nota”, “Nota bene” , “P.S Nota” və “Polad” qəzetlərinin, P.S.Nota. saytının təsisçisi və baş redaktorudur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Təhmasib Novruzovun xüsusi ittiham qaydasında şikayəti əsasında CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi 08 oktyabr 2009-cu il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmünü qüvvədə saxlayıb və S.Əliyevi (Əlibəyli) məhkəmə zalında həbs edib. Bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilmiş və şikayət üzrə ALIBEYLI V. AZERBAIJAN 34717/10 qovluq nömrəsi açılmışdır. Bundan başqa Bakı şəhəri, Nizami rayon Məhkəməsi 20 iyul 2009-cu il tarixdə Ərizəçinin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bildi, onu aylıq qazancının 10 faizini dövlətə ödəməklə 7 ay müddətində islah işləri cəzasına məhkum etdi. Bakı Apellyasiya Məhkəməsi 09 oktyabr 2009-cu il tarixdə apellyasiya şikayətinə baxarkən ərizəçi artıq 1-ci defamasiya ittihamına görə elə həmin məhkəmənin (Bakı Apellyasiya Məhkəməsi) 08 oktyabr 2009-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib həbsə alınmışdı. Bakı Apellyasiya Məhkəməsi 09 oktyabr 2009-cu il tarixli qərarı ilə ərizəçinin CM-nin 147.1-ci maddəsi (Böhtan) təqsirli bilərək 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və məhkəmə Əlibəylinin bu cəzasını Bakı Apellyasiya Məhkəməsinin 08 oktybar 2009-cu il tarixdə ona verdiyi 3 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə birləşdirdi, cəzaları qismən toplayaraq ərizəçiyə qəti olaraq 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdi. Bu iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilmiş və şikayət üzrə ƏRİZƏ № 8791/11 ALİBEYLİ v. AZERBAİJAN qovluq nömrəsi açılmışdır. Təyin olunmuş cəzanı sonadək çəkmişdir. 31 iyul 2013-cü il tarixində Nərimanov metrostansiyasının üstündə yerləşən parkda çay içərkən iki nəfər mükli geyimli şəxs Sərdar Əlibəylini çölə çağırmışlar. O, gəldikdə ona bildirmişlər ki, onlarla birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getməlidir. Sərdar Əlibəyli onlara bildirmişdir ki, ona heç bir rəsmi bildiriş və ya çağırış barədə zəng edilməmişdir. Bu zaman həmin şəxslər onun qoluna girərək zorla avtomobilə mindirmişlər. Lakin, onu BBPİ-ə deyil, Xətai rayon Pİ-ə gətirmişlər. S.Əliyev ona qarşı yazılarına görə saxta ittiham irəli sürüldüyünü bildiyindən ifadə verməkdən imtina etmiş, öz vəkilləri ilə əlaqə saxlanılmasına imkan verilməmiş. Dövlət hesabına vəkil təyin edilmişdir. Həmin vəkildən imtina etmiş, ifadə vermədiyi halda, imtina etdiyi vəkilin iştirakı ilə öyrədilmiş və xüsusi təşkil edilmiş qaydada döyülmüş üzəduranla Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan, Hövsan qəsəbəsində yaşayan, güya axşam saat 21.00 radələrindən marketdə işə düzləmək üçün iş axtaran Əmirov Namiq Mirələm oğlu ilə üzləşdirilmişdir. Halbuki S.Əlibəyli üzəduranı ümumiyyətlə tanımamışdır və tanımır da. Həmin gün barəsində tutma protokolu tərtib edilmiş və saxlanılması üçün 37-ci PB-nin həyətində yerləşən Xətai RPİ-nin müvəqqəti saxlama təcridxanasına gətirilmişdir. Orada dəfələrlə israr etməsinə baxmayaraq Sərdar Əlibəyliyə qələm və kağız verilməmişdir. Bundan başqa həmin təcridxananın istintaq otağı adlanan yerdə müşahidə kamerası quraşdırılmışdır ki, S.Əliyevin müdafiəçisi ilə konfedensial qaydada görüşüb məsləhətləşmək, ünsiyyət saxlamaq hüququ kobud şəkildə pozulmuşdur. 02 avqust 2013-cü il tarixdə S.Əliyev barəsində Xətai rayon Məhkəməsi tərəfindən iki aylıq həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq S.Əliyev qanunla müəyyən edilmiş müddətdə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Belə ki, qanunla müvəqqəti istintaq təcridxanasında 3 gündən artıq saxlanılma qadağan olunmasına baxmayaraq 03 avqust 2013-cü il tarixdə daxil olmaqla S.Əliyev BİT-ə etap edilməmişdir. Tərəfimizdən təqdim edilmiş sənədlərdən görünür ki, S.Əliyevin yeganə övladı olan Əlibəyli Faxrəddin Sərdar oğlu ruhi xəstədir və birinci qrup əlildir, daim müşahidəyə və qulluğa ehtiyacı vardır. Həyat yoldaşı işləmir. Əlil uşağın hər an özünə və ya ətrafına təhlükə törətmək ehtimalının kifayət qədər olması həyat yoldaşının işləməməsinin səbəbidir ki, o daim əlil uşağa qulluq etsin. S.Əliyev evin yeganə gəlir gətirən şəxsidir. Əliyev Sərdar Məhəmmədəli oğlunun tutulması və həbs edilməsi Konstitusiyanın 7, 12, 28-ci maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 5-ci hissəsinə və 151-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinə, 6-cı maddəsinə və həmin maddələrin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.4-cü, 4.1, 4.1.3, 4.2, 4.3, 4.4, 4.5-ci maddələrinə, CPM-in 12.1., 12.4, 155.1., 155.2., 155.5., 157.1, 157.5., 452, 453-сü maddələrinə, habelə AR Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Plenum qərarının 13-cü bəndinə uyğun olmamış və Sərdar Əlibəylinin həmin maddələrdə göstərilən hüquqları kobud və ciddi şəkildə pozulmuşdur.
Posted on: Tue, 10 Sep 2013 19:04:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015