Ziyankaram, yoxsa səadətli? Bir insan mümkündür ki, həm - TopicsExpress



          

Ziyankaram, yoxsa səadətli? Bir insan mümkündür ki, həm bu dünyada və həm də axirətdə saədətli olsun. Həmçinin bir insanın həm dünya və həm də axirət səadətindən məhrum olması da mümkündür. Quranda çox sayda ayə vardır ki, bu dediklərimizi təsdiq edir. (Tebyan)Qurani-Kərim Həzrət Süleymanı (ə) yada salır ki, həm dünyası var idi, həm də axirəti. Həzrət İbrahim (ə) barədə buyurulur: “Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır”. (“Nəhl” 122). Bəzi möminlər haqqında buyurulur: “Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 148). “İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır”. (“Bəqərə” 130). Bəzi ayələr isə insanın hər iki dünyadan məhrum olmasına işarə edir və buyurur: “İnsanlardan eləsi var ki, Allaha birtərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır”. (“Həcc” 11). “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”. (“Bəqərə” 114). Başqa bir ayədə isə deyilir: “Küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır”. (“Rəd” 33). Bəs mən ziyankaram, yoxsa səadətli? Əgər insan bu dünyaya həddən artıq diqqət edərsə, ondan nigaran olar və ona ürək bağlayarsa, bu nadanlığın əlaməti qəlb zülmətinin nişanəsidir. Əgər insan bilsə ki, dünya onun həqiqi yeri deyildir, bu dünyaya ürək bağlamaz. “(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir”. (“Nəcm” 42). Bu ayə buyurur ki, bu dünyada yaşamaq lazımdır, ancaq ona ürək bağlamaq təhlükəlidir. “Nəhcul-bəlağə”də oxuyuruq ki, bir nəfər İmam Əlinin (ə) yanında dünyanı məzəmmət edir. İmam (ə) da gülümsəyib ona buyurmuşdu: “Dünyanı niyə məzəmmət edirsən? Dünya Allah dostlarının təkamül və yetişmə yeridir”. Dünyada yaşamaq hər birimiz üçün vacibdir. Çünki biz öz iradəmizlə bura gəlməmişik. Ancaq bizim dünyaya olan münasibətimiz mühümdür. Bu münasibətin düzgünlüyü və yanlışlığı mühümdür. Dünyanı məzəmmət etmək yerinə öz rəftarımızı məzəmmət etməliyik.
Posted on: Mon, 27 Jan 2014 19:22:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015