dunyada insanlara nezaret eden 8 boyuk kamera- yeni nezer - TopicsExpress



          

dunyada insanlara nezaret eden 8 boyuk kamera- yeni nezer menasinda 1. İlahi nəzər. "Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!” ("Ələq” 14). 2. Əziz Peyğəmbərimizin (s) nəzəri. "Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik”. ("Əhzab” 45). 3. İmamlarımızın (ə) müqəddəs nəzəri. "Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». ("Tövbə” 105). 4. Yaxın mələklər. "(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar”. ("Mutəffifin” 21). 5. Şəhidlər. "Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. ("Bəqərə” 154). 6. Yer. "Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”. ("Zəlzələ” 4). 7. Zaman. "Və and olsun vəd olunmuş günə (Qiyamət gününə) Və and olsun, müşahidə edənə və onların müşahidə etdiklərinə”. ("Buruc” 2-3). 8. Bədən üzvləri. "Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız»”. ("Fussilət” 21).
Posted on: Sat, 10 Aug 2013 08:47:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015