düşdü ; artıq məmurların Qərb ölkələrinə viza alması - TopicsExpress



          

düşdü ; artıq məmurların Qərb ölkələrinə viza alması da çətinləşəcək Bu belə də olmalı idi. Rusiyanın işğalçılıq siyasəti bu ölkənin tam siyasi-iqtisadi təcridinə səbəb olmaya bilməzdi. Hazırda bu proses baş verir. Moskva “Krım avantürası” ilə özünü tələyə saldı . Artıq bunun ilkin işartıları görünməkdədir. Krımın işğalının Rusiya üçün doğurduğu ilkin nəticələrə nəzər salaq . Cəmi bir gün içində Rusiya səhmlər bazarı 10 faiz gerilədi , Rusiya şirkətlərinin kapitalları 2 trilyon rubl aşağı düşdü. 1 ABŞ dolları bir günün içində 40 rubla çatdı , 1 avro isə 55 rubl . oldu. Proqnozlara görə, rublun öldürülməsi prosesi davam edəcək. Bir günün işğal siyasəti nəticəsində RF Mərkəz Bankı təkrar maliyyələşmə dərəcəsini 7 faizə çıxartdı. Yəni kreditlər , o cümlədən istehlak kreditləri xeyli dərəcədə bahalaşacaq . Rusiya G - 8- dən qovulmaq üzrədir . Artıq Rusiya məmurlarına Qərb ölkələrinə viza almağı çətinləşəcək. Yaxın zamanlarda hətta bir çox nüfuzlu ölkələr öz səfirlərini Rusiyadan geri çağıra bilərlər. Rusiya Krımdakı avantürasına milyardlarla rubl vəsait ayırdı. Bu , hələ başlanğıcdır . Rusiyanın səfalət içində olan yoxsul bölgələrinin payından qopardılaraq Krımın işğalına sərv edilən məbləğ yaxın günlərdə daha da artacaq. Bu isə Rusiya bölgələrinin dilənçi vəziyyətinə salınması deməkdir . İndi hamını bir sual düşündürür - gələcəkdə rusları nələr gözləyir? Əsasən bahalaşma , gəlirlərin azalması , rublun dollara və avroya məzənnəsinin aşağı düşməsi qaçılmazdır. Birmənalı şəkildə ehtimal edə bilərik ki , daha çox ərzaq və benzin bahalaşacaq . Bunun nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur . Durğunluq əvəzinə böyük iqtisadi böhran , iş yerlərinin əldən çıxması yaxın vaxtlarda Rusiyanı dağıda bilər . Putin belə bir suala cavab verməlidir - orta statistik Rusiya vətəndaşı Putinin Krımı işğal siyasətinə , hikkəsinə görə maaşların , təqaüdlərin , iş yerlərinin azalmasına razılaşacaqmı ? Göründüyü kimi, Soçi Olimpiadasına 500 milyard rubl xərcləyən Moskva artıq 3 gün ərzində 2 trilyon itirib . Lakin ağlını itirmiş Putin yarı yolda dayanmaq fikrində olana oxşamır. Ehtimal edə bilərik ki , Krımın ardınca Putin Şərqi Ukraynada da eyni ssenarilərə quruluş vermək istəyəcək . Bunun ardınca isə Kreml yeni Ukrayna hakimiyyətini dəyişmək və Yanukoviçi tank belində hakimiyyətə qaytarmaq cəhdində bulunacaq . Rusiyanın Ukraynaya hərbi müdaxiləsi MDB məkanına da transfer edə bilər . Növbəti hədəfdə Azərbaycan , Gürcüstan , Orta Asiya ola bilər. Qərb mətbuatının “ ikinci Hitler” adlandırdığı Putin işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır . Yalnız Krım işğalına cəhdə görə bir günün içində milyardları göyə sovurub, rəzil vəziyyətə düşən Rusiya daha irimiqyaslı işğalçılığa sövq olunarsa , iqtisadi baxımdan çökə bilər . Lakin burada yalnız iqtisadi təzyiqlərdən söhbət getmir. NATO Rusiyanın dünyaya hökm etmək , Putinin isə Hitlerin “rus variantına” çevrilmək cəhdlərinə seyrçi qala bilməz . Bu baxımdan , Vaşinqton analitikləri , o cümlədən Zbiqnev Bzejinski dərhal Ukraynanın yeni iqtidarını tanımaq çağırışları edirlər. Hətta belə fikirlər də səslənir ki , NATO tezliklə Ukraynaya qoşun da yeridə bilər. Burada bir məqama diqqət yetirmək lazım gəlir . Rusiyanın Ukraynaya müdaxiləsi belə bir ehtimal yaradır ki , ruslar Azərbaycana da hərbi müdaxilə edə bilərlər. Rus təhlükəsinə qarşı yeganə çıxış yolu kimi NATO qoşunlarının Azərbaycana dəvət olunması görünür . Lakin burada NATO qoşunları adı altında Azərbaycana hansı ölkənin hərbiçilərinin gəlişi önəm kəsb edir. Bu baxımdan, Türkiyə qoşunlarının ölkəmizə dəvəti ən optimal yol kimi qiymətləndirilə bilər. Lakin bunu realizə etmək üçün qanunverici bazaya ehtiyac var . Bu məsələdə yubanmaq olmaz. Odur ki , qısa bir zamanda NATO (Türkiyə - red .) qoşunlarının Azərbaycana yeridilməsinə qanunverici baza hazırlamaq lazım gəlir. Əks təqdirdə, rus işğalının qarşısına Azərbaycan təkbaşına çıxa bilməyəcək. Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Rusiyanın Krımı işğalı Azərbaycan üçün yalnız hərbi təhlükə kəsb etmir . Görünən odur ki , ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. Bunun isə Azərbaycana da ciddi təsiri ola bilər . Əgər neftin kəskin ucuzlaşması baş versə , xam neftin satışı üzərində qurulan Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaşana bilər. Nəzərə almaq lazım gəlir ki , hazırda Azərbaycan neftinin bir bareli dünya bazarında 106 - 107 dollara satılır . Büdcədə isə neftin baza qiyməti 100 dollar hesablanıb. Əgər neftin qiyməti 15 -20 dollar ucuzlaşarsa belə, bu , Azərbaycan iqtisadiyyatını silkələyə bilər . Bu isə o deməkdir ki , böyük büdcə kəsiri yarana bilər . Eyni zamanda bir sıra dövlət layihələri dayandırıla bilər . Bu dəfə iqtisadi böhran 2008 -ci ildən də ağır bir situasiya yarada bilər . Ən azı ona görə ki , 2008- ci ildə neft hasilatı artan xətlə inkişaf edirdi və buna görə hökumət hasilatın artımı hesabına neftin ucuzlaşmasını ört- basdır etməyi bacardı. İndi isə neftin hasilatı azalmağa doğru gedir və qiymətin ucuzlaşması iqtisadiyyata öldürücü təsir göstərə bilər . Bütün bunlar iqtisadiyyatı geriləyən Azərbaycana yaxşı heç nə vəd etmir . .. Azər RƏŞİDOĞLU
Posted on: Thu, 06 Mar 2014 15:02:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015