Çay və qəhvə elə içəcəklərdir ki, insana gizli şəkildə - TopicsExpress



          

Çay və qəhvə elə içəcəklərdir ki, insana gizli şəkildə ziyan vura bilir. Bir çoxları qara çay yerinə meyvəli və ya bitki çayları qəbul etməyə başlayıblar. Ancaq bizim üçün ən faydalı çay - turş çaylardır. Bu qırmızı rəngli çay həm xoş ətirli və həm də ləzzətlidir. Bu çayın faydaları: 1. Bu çayın ilk faydası odur ki, insanı sərinləndirir. Ona görə də yay fəsli üçün ən münasib seçimdir. Bu çay tərləməni artırır və daxili hərarəti normasında saxlayır. 2. O insanlar ki, yüksək qan təzyiqindən şikayət edirlər, bu çay onlar üçün ən münasib seçimdir. 3. Qanda olan xolesterinin səviyyəsini aşağı salar. Əgər yağlı yemək yemisinizsə, bu çaydan mütləq istifadə edin. 4. Bu çay qaraciyəriniz üçün faydalıdır və tərkibində dəmiri çoxdur. 5. Diabet xəstələri üçün faydalıdır. Vacib deyildir ki, qara çaydan tamamilə imtina edəsiniz. Gün ərzində iki dəfə qara çayın yerinə qırmızı çay içməyə çalışın. Qırmızı çaydan bir xörək qaşığı götürüb bir fıncan su ilə dəmləyin və onu on dəqiqə gözlədin. Sonra süzərək için. Bu gün çay istehsalı ilə məşğul olan müəssisələrin sayı artdığı üçün, çay çeşidləri artmışdır. Adət etdiyimiz acı qara çaydan ayrılmağa çalışaq və onu müxtəlif çeşid çay növləri ilə: darçın, bitki və turş meyvə çayları ilə əvəz etməyə çalışaq. Qədimdə bu meyvəli çayları ürəyin işini yaxşılaşdırmaq və ürək xəstəliklərini aradan qaldırmaq üçün tövsiyə edərdilər. Bu çay sizin arıqlmağınıza da yardım edər. Qara çay bədəndə olan dəmiri dəf edər, ancaq turş meyvə çayları əksinə bədənimizi dəmirlə təmin edər. Ona görə də o insanlar ki, yüksək qan təzyiqindən əziyyət çəkirlər, qan azlığı olanlar, diabet xəstələri bu çaydan istifadə etsələr, onlar üçün daha faydalı olar
Posted on: Fri, 23 Aug 2013 14:36:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015