Çelsi - Tottenhem Təbii ki, şənbə günü keçirələcək - TopicsExpress



          

Çelsi - Tottenhem Təbii ki, şənbə günü keçirələcək olan oyunun önəmindən danışmağa ehtiyac yoxdur. Liderliyini qorumağa çalışan Çelsini bu oyunda yalnız və yalnız 3 xal qane etməlidir. Qapıda həmişəki kimi Petr Çexin olacağı gözlənilir.Müdafiədə İvanoviç, Gary Cahill, John Terry və Azpilcuetta bu mövsüm çox inamlı təsir bağışlayırlar ki, şənbə günü elə bu müdafiə xətti ilə oyuna çıxmaq daha məqsədəuyğundur. Dayaq yarımmüdafiəçisi qismində isə, David Luiz və Frank Lampard daha effektli seçim olacaq. Nigeriyalı oyunçu John Obi Mikel artıq Mourinyonun planına ikinci heyyət oyunçusudur, Ramires isə bu mövsüm keçən mövsümdəki kimi inamlı təsir bağışlaya bilmir, və aşağı performansı ilə seçilir. Sol cinahda Hazardın olmaması ehtimalı Çelsiyə bu oyunda böyük problem yarada bilər. Bu halda onun yerində həmin cinahda gənc alman futbolçu Andre Schürrle meydana çıxa bilər. Son oyunda het-trik etməsinə baxmayaraq Andre Schürrlenin də oyunu azerkeşləri heç cür razı sala bilməz. Sağ cinahda isə alternativlər arasında Willianın oynayacağını gözləmək olar. Hansı ki braziliyalı hücum anlamında bu mövsün həqiqətən yaxşı oyun sərgiləyə bilmir. Onun yerinə artıq Mourinyo Salaha bu oyunda start heyyətdə şans verə bilər. Hazardın olmaması, Willianın sağ cinahda yer alacağı təqdirdə, hücumameyilli yarımmüdafiəçisi qismində çox güman brazilyalı Oscar oynayacaq. Bu mövsümə yaxşı başlasada son oyunlarda stabil oyun göstərə bilməyən Oscara, Mou artıq son oyunlarda Oscara çox da şans vermirdi. Drogbanın gedişindən sonra Çelsinin başının bəlasına çevrilmiş hücum xəttində isə kimin oynayacağı qeyri-müəyyəndir. İki ehtimaldan isə Fernando Torresdənsə Sameul Eto onun oynaması daha xeyilri ola bilər. Kamerunlu futbolçunun aktivliyi, hücumda fəallığı bu oyunda Çelsinin daha çox işinə yara bilər. Ümumiyyətlə bu oyunda da, rəqibin Tottenhem olduğunu da nəzərə alsaq, Çelsinin bütün oyunboyu hücumameyilli futbol oynayıb, böyühesablı qələbə qazanacağını gözləmək olmaz. Böyük ehtimalla müdafiənin inamlı oyunu və standart vəziyyətlərdən yaxşı istifadə etməklə Çelsi bu oyunda istədiyi 3 xalı qazana biləcəyini düşünürəm. Uğurlar, zadəganlar ! Vüqar Nəzərli
Posted on: Thu, 06 Mar 2014 17:06:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015