ÖGEY ŞEİRLƏR F/B bəzən məktəb divarlarını, bəzən - TopicsExpress



          

ÖGEY ŞEİRLƏR F/B bəzən məktəb divarlarını, bəzən qatar vaqonlrının tamburlarını, bəzən də qədim insanların rəsm çəkdikləri qayaları xatırladır. Kim nə gəldi cızıqlayır... Amma mənim 50 illik yazılarımdan dəftərlər içində o qədər ömürülük dustaq qalnlar var ki... bəzən onları ÖGEY ŞEİRLƏR adı ilə ayrıca işığa çıxarmaq istəyirəm, yazığım gəlir sanki. Onları zəif saydığım üçün özüm çapa layiq bilmirəm. Belə şeirlərdən bir nümunə: İZLƏR Bulut halaylandı, göy ayazıdı, Günəş ana kimi alnımdan öpdü. Göyərçin izləri qar üstə yazdı, Bir könül üşüyüb səndən küsübdü. Ürəyim göynədi, boş beşik kimi, Soyuq küləkləri bağrıma bsdım. Bütüm ümidimi, bütün şəkkimi Odlu günlərimin yanından asdım. Ayağım altında yam-yaşıl ulduz, Başımın üstündə yanan gecələr. Günlər ki ömürdən ötür qorxusuz Ömür bircə günə bərabər gələr. Yığdım gözlərimi, açma sirrimi Bir ocaq sönsə də közü qalıbdır. Sənin gözlərinə baxan bilirmi, Mənim gözlərimin izi qalıbdır? 01.02.1972.
Posted on: Mon, 27 Jan 2014 21:27:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015