ÖZÜN YIXILIBSAN Nüsrət Kəsəmənli Amandır, qəlbini belə - TopicsExpress



          

ÖZÜN YIXILIBSAN Nüsrət Kəsəmənli Amandır, qəlbini belə sıxma, gəl, Bir körpü salmışam, sınmaz, qorxma, gəl, Sən Allah, üzümə elə baxma gəl, Özün yıxılıbsan, dur, alagözlüm. Uşaq deyildin ki, yaşı söyəsən, Naşı günlərini, naşı söyəsən, Daşa dəymədin ki, daşı söyəsən, Özün yıxılıbsan, dur, alagözlüm. De, kimlər tərpətdi səni yerindən, Bundan sonrasını düşün dərindən, Qəlbimin əlçatmaz zirvələrindən Özün yıxılıbsan, dur, alagozlüm... Taleyin qədərlə görüşdü sənin, Gördüyün yuxular qarışdı sənin. Ayağın düz yerdə sürüşdü sənin, Özün yıxılıbsan, dur, alagözlüm... Başında tufantək mən əsməmişəm, Uzaq yol gəlmişəm, tələsməmişəm, Sənın kəndirini mən kəsməmişəm, Özün yıxılıbsan, dur, alagözlüm... Gör nələr boylanır gələcəyindən, Qorx yadların sənə güləcəyindən, Taleyin çürümüş yelləncəyindən Özün yıxılıbsan, dur, alagözlüm. Gözlədiyin sevinc gələcək hardan, San bir sim kimi qirıldın tardan, Səadətə tərəf gedən qatardan Özün yıxılıbsan, dur, alagözlüm... Quruyan bulaqlar çağlamaz, axı. Buludlar yağışı saxlamaz, axı, Özü yıxılanlar ağlamaz, axı, Özün yıxılıbsan, dur, alagözlüm. _Romeo_
Posted on: Fri, 12 Jul 2013 19:13:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015