Ölkədə sosial müavinətlər, təqaüdlər, əmək haqları - TopicsExpress



          

Ölkədə sosial müavinətlər, təqaüdlər, əmək haqları artırıldı. Təkcə avqust ayında bu istiqamətdə dövlət başçısı tərəfindən 18 sərəncam imzalandı. İstənilən halda bu Azərbaycan insanının sosial yaşayışının daha yaxşı formasını ortaya qoymağa hesablanıb. Lakin bu, həm də bir sıra iddialara da səbəb oldu. Əsas iddia isə bu artımların seçkilərə hesablanmasıdır ki, iddiaya görə, hökumət bununla narazılığı aradan qaldırır, həmçinin əlavə divident qazanmağa çalışır. Bununla bağlı YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə BBC-yə müsahibəsində deyib ki, bu, dövlət başçısının birbaşa öhdəsində olan məsələdir və maaşların, müavinətlərin qaldırılması bir qayda olaraq vaxtaşırı həyata keçirilir: “Əgər biz ötən 5 ilin tarixçəsinə baxsaq, bu dövrdə dəfələrlə cənab prezidentin sərəncamları ilə maaşlar, pensiyalar qaldırılıb. Əksinə, onun seçki dövründə də maaşları qaldırması göstərir ki, cənab İlham Əliyevin 5 il ərzindəki fəaliyyəti də müsbət olub, büdcəni artırmaq, iqtisadi artımı təmin etmək mümkün olub ki, bu gün dövlətdən əməkhaqqı alan insanların maaşları artırılıb”. YAP rəsmisi bu artımların niyə başqa vaxt deyil, məhz indi artırılmasına da münasibət bildirib. Qeyd edib ki, bu, dövlət başçısının öz vəzifəsini yüksək səviyyədə yerinə yetirməsinin təzahürüdür: “İstənilən halda nə vaxt artırılmasından asılı olmayaraq cəmiyyət bundan qazanır, əhalinin böyük bir hissəsinin maddi durumu yaxşılaşır”. Parlamentin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə Publika.Az-a müsahibəsində deyib ki, Azərbaycanda əmək haqları, pensiyalar, müavinətlər 2003-cü ildən bu yana hər il artırılır. Bu artımların müxtəlif faizlərlə- 10, 12, 8 faizlə olduğunu deyən komitə üzvü bildirib ki, bunların hamısı Azərbaycanın sosial inkişafının təzahürləridir: “2000-ci illərdən bəri artan inkişaf, neft sektorunun uğurlu fəaliyyəti və bundan əldə olunan kapitalın düzgün şəkildə qeyri-neft sektoruna qoyuluşu, elektron kapitalın inkişaf etdirilməsi, yeni texnoloji avadanlıqlarının Azərbaycana gətirilməsi, tətbiq olunması, dünya ölkələri ilə uğurlu iqtisadi münasibətlərin qurulması, biznes qurulması üçün normal şəraitin yaradılması, yaxşı partnyorluğun seçilməsi iqtisadiyyatın durmadan inkişafına səbəb olan amillərdir. Baxmayaraq ki, 2008-ci ildən bu yana dünya da böyük maliyyə böhranı baş verdi və hələ də davam edir. Lakin Azərbaycan bu illərdə də çox uğurlu və əvvəlki templə inkişaf edir. Pensiyaların əmək haqlarının artırılması bu uğurun nəticəsidir. Cənab Prezident bildirib ki, 2020-ci ilə qədər bu artım davam edəcək və ən yüksək həddinə çatacaq”. M.Quliyev qeyd edib ki, artımların seçkilərə hesablandığını ilə bağlı deyilənlər heç bir əsası olmayan, cılız təbliğatıdır. “Mən deyərdim çirkin, vicdansız qarayaxmadır. Düzdür bu il seçki ilidir. Amma baxın, 2003-cü ildən etibarın hər il bu siyasət yürüdülür, əmək haqları artırılır, yollar çəkilir, parklar salınır, sosial obyektlər- xəstəxanalar, məktəblər inşa edilir, ümumilikdə ölkə inkişaf edir. Ölkə öz həyatını yaşayır. Əhalinin sosial rifah halı 10 ildə 10 dəfələrlə artıb. Azərbaycanın valyutası dünyanın ən güclü valyutalarından birinə çevrilib. Buna görə də azərbaycandakı həyat səviyyəsi kifayət qədər yüksək səviyyədədir”-deyə millət vəkili bildirib. Onun sözlərinə görə,hər bir insan öz içində əvvəlki həyatına və bu gün ki həyatına baxsın, şəxsi həyatındakı müsbət dəyişiklikləri görsün, o zaman anlayacaq ki,bütün bunlar heç də seçki ilə bağlı deyil. Millət bəkili bildirib ki, Azərbaycanın təkcə Bakı şəhərində deyil, o biri şəhərlərində də avtomobil sıxlığı, yol trafikləri var: “Bu da seçki ilə bağlıdır? Azərbaycanda bir adamın 3-4 telefonu var. Hətta Azərbaycan insanının istifadə etdiyi mobil telefon dünyanın ən bahalı telefonlarındandır. Bu da seçki ilə bağlıdır? Azərbaycanda hər evdə televizor, kondisioner, kompüter, texniki avadlanlıqların olması da seçki ilə bağlıdır? Bu rifah halı təkcə dövlət vəzifələrində çalışanların, yaxud biznesi olanların deyil, bütün təbəqələrin həyatında var. Bunları həyatın reallıqlarında da görmək mümkündür”. Komitə üzvü diqqətə çatdırıb ki, hökumətin apardığı sosial siyasət bundan sonra da davamlı olacaq. Asif Nərimanlı Mu sahibeni verene son sozunuz ne olardi??
Posted on: Thu, 05 Sep 2013 08:10:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015