“Ölüm” Hey gəzir o dillərdə bir söz tək əsir - TopicsExpress



          

“Ölüm” Hey gəzir o dillərdə bir söz tək əsir ölüm, Duymur onu gəzdirən də,onla birgə gəzir ölüm. Təzadlı bir nöqtədir o,yaşamın ali məqamı.. Var onun da öz zamanı,amma vaxtsız bir sir ölüm. Gerçək aydınlatmış onu zülmət qaranlıq içində, Ayrı-ayrı sunar sonu,hər kəsə ayrı biçimdə. Almış qoynuna kainat ağıllısın da,gicin də.. Ayırd etməyə gələcək bətnə bələd bəsir ölüm! Addımlayır yeyin,sakit kimmiş duyan onun səsin,? Qum saatı tək dəqiqdir,gözlər o son qum giləsin.. Ol rüşvəti bəs qılmağa tapmadılar pul kisəsin, Nahaq dəyər tanımayıb,haqqı haqla kəsir ölüm..
Posted on: Fri, 26 Jul 2013 21:44:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015