İdman yerişi ilə məşğul olanlar bəlkə də onların - TopicsExpress



          

İdman yerişi ilə məşğul olanlar bəlkə də onların yanından şütüyüb keçən qaçışçılara bir qədər həsəd aparırlar. Qaçışçılar bir az tərləsələr də özlərindən çox razı olur. Amma siz onlara həsəd aparmayın – idman yerişi qaçış ilə müqayisədə ondan heç də geri qalmayan səmərəli məşğuliyyət ola bilər. ABŞ-da aparılmış bir tədqiqatda 33.000 qaçışçı və 16.000 nəfər idman yerişi ilə məşğul olan iştirak edib. Altı il ərzində yerişin və qaçışın bu və ya digər xəstəliklərə tutulma riskinə təsiri öyrənilmişdir. Tədqiqatlar göstərmişdir ki, idman yerişi ilə məşğul olmaq qan təzyiqini, qanın tərkibində şəkərin və lipidlərin (piylər və piy maddələri) səviyyəsini azaldır. Bu barədə dəqiq məlumatlar belədir: qaçış yüksək təzyiq riskini 4,2 faiz, yeriş isə 7,2 faiz azaldır. Qaçış ilə məşğul olanların diabet xəstəliyinə tutulma riski 12,1 faiz, sürətli gəzintilərdə və idman yerişi məşğələlərində isə 12,3 faiz azalır. Bu araşdırmaların əsas nəticəsi ondan ibarətdir ki, idman məşğələləri zamanı həlledici amil hərəkətin sürəti deyil, sizin qət etdiyiniz məsafədir. Buna görə də əgər çox məşğulsunuzsa və vaxtınız azdırsa əyləşməkdənsə qaçmaq yaxşıdır. Lakin əgər boş vaxtınız varsa, qaçmaqdansa gəzmək yaxşıdır. Daha bir məqama diqqətinizi cəlb edirik: burada söhbət ahəstə gəzintilərdən deyil, idman yerişi məşğələlərindən gedir. Hərçənd, sakin gəzintilər də hamı üçün vaxtaşırı lazımdır. Çoxdan məlum olan və bir daha təsdiqlənmiş nəticə belədir: fiziki fəallıq bir sıra xəstəliklərin qarşısını almaq üçün ən səmərəli vasitə, idman yerişi isə sağlamlığı möhkəmlətmək üçün əla vasitədir. Həftədə azı 2 saat idman yerişi ilə məşğul olmaq lazımdır.
Posted on: Sat, 20 Jul 2013 20:08:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015