İkili standartlar Spikerlərin çıxışlarından sonrakı - TopicsExpress



          

İkili standartlar Spikerlərin çıxışlarından sonrakı diskussiyada bəzi iştirakçılar Britaniyanın Azərbaycanla əlaqələrindən danışıb. Global Witness təşkilatının nümayəndəsi Londonda keçirilən Olimpiya oyunlarını xatırlayaraq İlham Əliyevi Belarus prezidenti Aleksandr Lukaşenko ilə müqayisə edib. Səyahət qadağasına görə, Lukaşenko Olimpiya oyunlarına gələ bilməyib. İlham Əliyev isə Baş nazir David Cameron ilə çay içib, şəkil çəkdirib, təşkilatın nümayəndəsi deyib. Bu, Britaniyanın ikili standartlarından xəbər verir. Emma Hughes isə deyib ki, Azərbaycanda Britaniyanın ölkədə baş verənlər barədə çox səssiz olduğunu düşünürlər. Murad Həsənli: Mən Britaniya və Azərbaycanın yaxın əlaqələrdə olduğuna məmnunam, amma biz bu əlaqələrin güclü, uzunmüddətli olmasını istəyirik, o deyib. Maraqlar, uzaqgörənliklə tarazlaşdırılmalıdır.
Posted on: Thu, 24 Oct 2013 18:46:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015