İkiüzlülük dövrünün sonu (“Foreign Affairs”, ABŞ) - TopicsExpress



          

İkiüzlülük dövrünün sonu (“Foreign Affairs”, ABŞ) Informasiya sızması dövründə ABŞ-ın xarici siyasəti Aydındır ki, amerika vətəndaşlarının qeyri-nümunəvi hərəkətlərə aid gizli məlumatları yayması ABŞ hökumətini qəzəbləndirir. Və o öz hiddətini nümayiş etdirməkdən çəkinmir: üç il əvvəl hələ ABŞ ordusunda sıravi Bredli Menninq (Bradley Manning)olan Çelsi Menniniq (Chelsea Manning) WikiLeaks qrupuna gizli danışıqların yüz minlərlə şifrini ötürərkən ABŞ hökuməti əsgəri həbsxanaya elə şərtlər altında salmışdı ki, BMT-nin əzab vermə problemi üzrə xüsusi məruzəçisi bu şərtləri qəddar və insanlığa sığmayan adlandırmışdı. Menninqin həbs edilməsindən sonra Meet the Press proqramında çıxış edən respublikaçı və ABŞ senatı Mitç Makkonnell (Mitch McConnell) WikiLeaks-in rəhbəri Culian Assanjı (Julian Assange) “xaytek-terrorist” adlandırmışdı. Bu yaxınlarda, Milli Təhlükəsizlik Agentliyinin Edvard Snouden (Edward Snowden) adlı keçmiş analitiki amerika casusluq proqramlarının təfərrüatlarını açdı, amerikalı məmurlar digər ölkələrin Snoudenə sığınacaq verməməsi üçün xeyli diplomatik səy göstərdilər. Bundan əlavə, ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putin onun tələblərinə tabe olmaqdan imtina edərkən, hətta onunla planlaşdırılmış görüşünü belə təxirə saldı. Bütün səylərinə baxmayaraq amerika isteblişmenti bu ifşaçılarn ABŞ təhlükəsizliyi üçün niyə bu qədər ciddi təhlükə olduğunu izah edərkən tez-tez çətinliklərlə qarşılaşır. Əslində Menninq və Snouden tərəfindən üstü açılan informasiyada dünyada baş verənləri diqqətlə izləyən insanları şoka salacaq heç nə yoxdur. 2010-cu ildə WikiLeaks –in ifşa etdiklərinə görə panikaya düşmək istəməyən keçmiş müdafiə naziri Robert Qeyts jurnalistlərlə söhbətində söylədi ki, gizli məlumatların nəşri sadəcə “olduqca məhdud” təsir göstərdi və kəşfiyyat xidmətinin nə mənbələrini, nə də metodlarını şərh etmədi. Snouden kəşfiyyatın həm mənbələrini, həm də metodlarını şərh etdi, amma yeni heç nə xəbər verə bilmədi. Hələ onun ifşasına qədər ekspertlərin çoxu bu haqda öz fikirlərini bildirirdilər ki, Çinə qarşı kiber hücumların arxasında məhz ABŞ dayanırdı, müxəlif Avropa intitutlarının gizli izlənməsini həyata keçirirdilər və dünya internet-kommunikasiyasını ələ keçirirdilər. Hətta onun ABŞ və Birləşmiş Krallığın istifadəçilərin təhlükəsizliyini və şəxsi həyatlarını qorumaq üçün əsas kommunikasiya proqramlarını və şifrələmə sistemlərini tənqid etmələrinə dair skandal açıqlamaları sadəcə bir çox məlumatlı müşahidəçilərin çoxdan bəri şübhələbdikləri şeyləri təsdiq etdi. davamı: eco-socialistsofazerbaijan.blogspot/2013/10/ikiuzluluk-dovrunun-sonu-foreign.html
Posted on: Tue, 29 Oct 2013 15:51:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015