İlham Əliyev: “Mən özümüzü tərifləmək üçün - TopicsExpress



          

İlham Əliyev: “Mən özümüzü tərifləmək üçün danışmıram” Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olub. Açılışda iştirak edən Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırıb. Prezident deyib ki, gəmiqayırma zavodunda həm Azərbaycan tərəfi, həm Sinqapurun “Keppel” şirkəti birgə fəaliyyət göstərirlər. Burada quraşdırılan avadanlıq aparıcı xarici şirkətlərin istehsalıdır və pay bölgüsü də 90 faiz Azərbaycanın, 10 faiz “Keppel” şirkətinin üzərinə düşür. Bütün operatorluq işi Sinqapurun “Keppel” şirkətinə həvalə edilib. “Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdır. Sovet dövründə bir neçə gəmi təmiri zavodu olmuşdur. Ancaq biz gəmilərin alınması ilə əlaqədar bütün işləri xarici tərəfdaşlarla həll edirdik, o cümlədən müstəqillik dövründə - son on il ərzində deyə bilərəm ki, Azərbaycan xaricdən 19 gəmi almışdır. Onların içində bərələr, tankerlər, yük gəmiləri vardır. Təsəvvür etmək çətin deyildir ki, bu məqsədlər üçün nə qədər böyük vəsait ayrılmışdır. Bundan sonra isə artıq Azərbaycanda işləyəcək bizə lazım olan bütün növ gəmiləri ölkəmizdə istehsal edəcəyik”. Prezident deyib ki, bu zavoda çox böyük həcmdə investisiya - 470 milyon dollar qoyulib. ”Bu, ancaq birinci mərhələ üçündür. İkinci mərhələdə də 160 milyon dollar əlavə investisiya qoyulacaqdır və investisiyaların 90 faizi Azərbaycanın payına düşür. Zavodda ən müasir texnologiyalar, ən yüksək standartlar tətbiq edilir. Burada 1250 yeni iş yeri açılmışdır. Orta əməkhaqqı da kifayət qədər yüksəkdir. Bizim tələbatımızı, Azərbaycanda nəqliyyat sektorunda gedən və bundan sonra gedəcək işləri nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, zavodun çox gərgin iş rejimi olacaqdır. Çünki Dövlət Neft Şirkəti yaxın illərdə 130 gəminin tikintisini təmin etməlidir. Əlbəttə ki, bu gəmilərin hamısı bax, bu zavodda tikiləcəkdir. Xəzər Gəmiçiliyi bundan sonra təqribən 20 gəmini əldə etməlidir. Onların da hamısı artıq Azərbaycanda tikiləcəkdir. Xəzərin Azərbaycan sektorunda çalışan xarici tərəfdaşlarımız da bildiyimə görə 20-dən çox gəmi sifariş etmək niyyətindədirlər. Yəni, artıq mövcud olan bu sifarişlər deyə bilərəm ki, zavodun 24 saat rejimində işləməsini təmin etməlidir. Nəzərə alsaq Xəzərdə Xəzəryanı ölkələrin də neft-qaz əməliyyatları, nəqliyyatla bağlı məsələləri öz həllini tapır, istisna edilmir ki, qonşularımız da bu zavodun işindən faydalana biləcəklər”. İlham Əliyev qeyd edib ki, son illərdə neft-qaz sektorunda gerçəkləşdirilən layihələr bundan sonra onilliklər ərzində Azərbaycanı çox vacib beynəlxalq enerji oyunçusuna çevirəcək. ”Enerji təhlükəsizliyi məsələlərinin həllində Azərbaycanın xüsusi rolu vardır. Bu, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur, görülən işlərin nəticəsidir. Eyni zamanda, bu, böyük məsuliyyətdir. Çünki artıq Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər hətta regional müstəvidən kənara çıxıbdır və qlobal xarakter daşıyır. Azərbaycanın uğurlu neft-qaz siyasəti artıq nəinki bölgə ölkələrində, eyni zamanda, Avropa qitəsində enerji məsələlərinin həllinə də öz töhfəsini verəcəkdir. Belə olan halda əlbəttə ki, bizim məsuliyyətimiz böyük dərəcədə artacaqdır. Ancaq biz buna hazırıq. Biz bütün işləri böyük məsuliyyət hissi ilə görmüşük. Bu günə qədər neft-qaz sahəsində bir dənə də olsun səhv addım atılmamışdır. İyirmi il ərzində Azərbaycanın neft-qaz potensialı böyük dərəcədə inkişaf etmişdir. Biz son illər ərzində elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişik. Biz neft-qaz potensialımızı tam şəkildə realizə edə bilmişik. Bununla bərabər, bu gün iqtisadi siyasətimizin əsas hissəsi qeyri-neft sektorunun inkişafıdır. Bax, bu zavodda Azərbaycanın iqtisadi siyasəti tam şəkildə öz əskini tapır - qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasətimizin uğurla davam etdirilməsi”. Ölkə başçısı deyib ki, Azərbaycanda infrastruktur yeniləşir, qaz xətləri çəkilir, yeni sənaye müəssisələri yaradılır. ”Bir ay bundan əvvəl mən böyük sement zavodunun açılışında iştirak etmişəm. Qaradağ rayonunda artıq müasir sement zavodu fəaliyyət göstərir, ikinci zavod tikilir. Əminəm ki, yaxın vaxtlarda biz sement istehsalında da artıq xarici idxaldan asılı olmayacağıq. Yəni, ölkəmiz üçün lazım olan və həlli mümkün olan bütün layihələr Azərbaycanda icra edilməlidir”. Son illərdə Azərbaycanda nəqliyyatın bütün növlərinin inkişaf etdiyini deyən dövlət başçısı axırıncı 10 il ərzində 19 yük gəmisi, bərə, tanker, 31 təyyarə alındığını, 7 aeroport tikildiyini vurğulayıb. “Biz dünyanın 40 aparıcı ölkəsinin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə onlarla bərabər səviyyədəyik. Yəni, bu, böyük bir nəticədir, böyük nailiyyətdir. Biz MDB məkanında birinci yerdəyik. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yerdəyik. Mən bunları ona görə demirəm ki, biz özümüzü tərifləyək. Baxmayaraq ki, buna da, əlbəttə, imkanlar vardır. Ona görə deyirəm ki, bütün bu uğurlar, nailiyyətlər düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Eyni zamanda, ona görə deyirəm ki, biz bu nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Biz ölkəmizin inkişaf strategiyasını 20-30 il bundan qabağa planlaşdırırıq. Azərbaycanın sənaye potensialı, demoqrafik vəziyyət, bazarlara çıxışlarımız - biz bu barədə də düşünməliyik”.
Posted on: Mon, 23 Sep 2013 04:26:16 +0000

Trending Topics



height:30px;">
Dyarah Park Leonard. Registered liver chestnut welsh mountain pony
Dedicated to my Beautiful and Inspiring friend & soul-sister,
The FINAL day of Detroit Public Televisions coverage of the Miami
As the fear starts to clutch your ribs, take a deep breath and try

Recently Viewed Topics




© 2015