İmam Əli əleyhis-salam (qəlb barəsində) buyurmuşudur: Bu - TopicsExpress



          

İmam Əli əleyhis-salam (qəlb barəsində) buyurmuşudur: Bu insanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. O, qəlbdir. Onun xoşagələn sifətləri və onlara zidd xoşagəlməz keyfiyyətləri var: ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda (xoşagəlməz işlərdən) çəkinməyi unudar; qorxu qəflətən onu bürüyəndə (işdən) uzaqlaşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəflət onu oğurlayar; müsibət və kədər üz verəndə dözümsüzlük onu rüsvay edər; mal tapanda varlılıq onu itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik onu əldən salar; toxluğu çoxalıb həddini aşanda qa ının doluluğu onu zəhmətə salar. Beləliklə, hədd və normadan aşağı olan hər bir səhlənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıqlıq onu məhv edər. (Buna görə də mötədəllik və orta vəziyyəti əldən verməyib hikmət əsasında davranan hər bir qəlb həm dünya, həm də axirət mənfəəti və xeyrini əldə edər.)
Posted on: Sat, 14 Sep 2013 06:17:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015