İslamazeri.az qısa müddət öncə amnistiya aktına əsasən - TopicsExpress



          

İslamazeri.az qısa müddət öncə amnistiya aktına əsasən həbsdən azad edilən Mehdi Şamillidən münasibət öyrənib. Mehdi Şamili deyib: “İlk öncə onu bildirmək istəyirəm ki, bizə mətbuat nümayəndəsi olaraq verdiyiniz dəstəyə görə sizə təşəkkürümüzü bildiririk. İçəridə həmişə mətbuatın bizim barəmizdə yazdığı xəbərləri eşidib ruhlanmışıq. Allah bütün məhbusların qapısını açsın. Allah möminlərə iftira,böhtan atanların da bəlasın versin və inşallah verəcək. Bizi haqsız yerə həbsə saldılar. Mənim saxlanıldığım 14 saylı cəzaçəkmə müəsisəsəsində vəziyyət o qədər də yaxşı deyildi. Düzdür, 2006-cı illərə nisbətən bir az da olsa normallaşıb. Xeyli sayda namaz qılan var. Mən gələndə təxminən sayları 60 ya 70 nəfər olardı. İbadətlə məşğul olurdular. 1 il bundan qabaq həbsxanada namaz qılanları döyürdülər, amma şükür Allaha ki, artıq bu problemləri də keçdik, həmin mərhələ geridə qaldı. Mən həmçinin bildirmək istəyirəm ki, istər hacı Abgülün, istər hacı Mövsümün, istərsə də hacı Tale Bağırovun həbsi və eləcə də digər islamçıların da həbsi tamamilə ədalətsizdir və qəbuldilməzdir. Onu da deyim ki, mən həbsdən öncə düzgün əqidədə yer aldığımızı, yalnız təmiz, saf niyyətdə olduğumu bilirdim. Həbsdən sonra buna bir daha əmin oldum. Ona görə də bundan sonra da axıra qədər Allahın yolunda davam edəcəm. Bundan sonrakı fəaliyyətim barədə isə hələlik onu deyim ki, mən 90-cı illərdə İslamçıların Müdafiə Komitəsini təsis etmişdim. Yenə elə bir komitə yaratmaq istəyirəm. İnşallah yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəm. Bir bizə dəstək olan KİV-lərə, xüsusilə İslamazeri.az kollektivinə təşəkkür edirəm, Allah ibadətlərinizi və tutuduğunuz orucları qəbul etsin deyirəm. Allah zindanda olan möminlərin qapısını açsın inşallah.”
Posted on: Sat, 27 Jul 2013 12:02:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015