İsrail yığması millimizlə oyunöncəsi zədə problemi ilə - TopicsExpress



          

İsrail yığması millimizlə oyunöncəsi zədə problemi ilə üzləşib. Apasport.az saytı xəbər verir ki, Ramat-Qanda yığmamızla, bundan 4 gün sonra Sankt-Peterburqda Rusiya ilə qarşılaşacaq İsrail bu oyunlara tam heyətlə hazırlaşa bilməyəcək. “Malyorka”nın hücumçusu Tomer Hemedin hələ avqustun ortalarında zədəli olduğu məlum idi. O, minimum bu ilin sonuna kimi futbol oynaya bilməyəcək. Onu Beer-Şeva “Hapoel”inin futbolçusu Elyaniv Barda əvəzləyəcək. Hemedin ardınca isə əsas heyətin 2-ci hücumçusu Eden Ben-Basat sıradan çıxıb. 25 nəfərlik heyətdə adı olan “Tuluza”nın hücumçusu Portuqaliya ilə oyunda qol+ötürmə verməklə yadda qalmışdı. Baldırından aşağı nahiyədə zədəsi olan futbolçunun meydana çıxması böyük sual altındadır. Zədələndiyi bilinən digər futbolçu isə “Seltik”in dayaq yarımmüdafiəçisi Beram Kayaldır. Kiyevdəki sonuncu yoxlama oyununu nəzərə almasaq, 25 yaşlı futbolçu müntəzəm olaraq start heyətdə çıxırdı. İsrail yığmasının baş məşqçiis Eli Qutmanı düşündürən digər məqam isə birdən-birə əsas müdafiəçilərini itirməsidi. İlk növbədə “Sürix”in arxa xətt oyunçusu Avi Rikan sıradan çıxıb. Üstəlik “Beveren”in müdafiəçisi Rami Qerşon da ötən şənbə zədələnib. O minimum 2 həftə yarım oynamayacaq. Hayfa “Makkabi”sinin sol cinah müdafiəçisi Taleb Tavathanın sağalacağına isə ümid var. Qutmanın digər 2 problemi isə Yossi Benayun və Dudu Avat kimi təcrübəli oyunçuları ilə bağlıdır. Belə ki, 33 yaşlı Benayun hələ də oyun təcrübəsindən əziyyət çəkir. O, “Kristal Pelas”la anlaşmağa yaxın olsa da, onu “Xetafe” də istəyir. Ona görə də ona bu dəfə dəvət göndərilməyib. Benayundan fərqli, heyətə çağırılan 35 yaşlı Avat üçün isə mövsüm yaxşı başlamayıb. Sequndada “Malyorka”nın şərəfini qoruyan futbolçu ilk oyundaca qapısından 4 top buraxıb. Bununla belə, Qüds “Beytar”ının və Təl-Əviv “Hapoel”inin qapıçılarının təcrübəsizliyi fonunda Avatın millimizə qarşı oynayacağı dəqiqdir.
Posted on: Sat, 31 Aug 2013 13:03:18 +0000

Trending Topics




© 2015