İşğalçı ölkə heç bir zaman Azərbaycana rəqib ola - TopicsExpress



          

İşğalçı ölkə heç bir zaman Azərbaycana rəqib ola bilməz”. Bu fikirləri bu gün "Dəyişən dünyada Cənubi Qafqaz” forumunda "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: Mürəkkəb vəziyyətdən çıxış yolu axtarışında" mövzusunda çıxışı zamanı "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib. Onun sözlərinə görə, işğal zamanı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib: "Bunlara baxmayaraq, Azərbaycan bu münaqişənin həllini yalnız sülhdə görür və öz haqq səsini beynəlxalq aləmə çatdırır. Beləcə ölkəmiz Ermənistanın işğalçı siyasətinə bəsit şəkildə cavab verir. Beynəlxalq təşkilatlar, ATƏT-nın Minsk Qrupu anlamalıdır ki, Azərbaycanın icazəsi və razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Sülh prosesində Ermənistanın möyqeyini nəzərə alan təşkilatlar, hər zaman Azərbaycanın haqlı narazılığı ilə qarşılaşacaqlar". R. Rzayev həmçinin əlavə edib ki, Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması isə görüşlər keçirilmək üçün yollar axtarır. Onun fikrincə, bu görüşlər iki tərəf arasında irimiqyaslı sülh danışıqlarına töhfə verəcək. APA
Posted on: Tue, 03 Sep 2013 20:22:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015