Şeyxülislam Allahşükür Paşazadə Belarusa gedir Qafqaz - TopicsExpress



          

Şeyxülislam Allahşükür Paşazadə Belarusa gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Belarus Respublikasına yola düşür. QMİ-nin mətbuat xidmətində ANS PRESS-ə verilən məlumata görə, səfərdə məqsəd Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir. Bu qəbildən sayca səkkizinci olan budəfəki Konfrans Vatikanın xristian birliyinə yardım üzrə Papa şurası ilə birgə təşkil olunub. Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaretin dəvəti əsasında həyata keçirilən səfər zamanı bir sıra yüksək səviyyədə görüşlər, o cümlədən MDB və Qərbi Avropanın ənənəvi din liderləri, habelə Vatikandan olan nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub. Şeyxülislam A. Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.
Posted on: Sat, 16 Nov 2013 05:46:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015