Şizofreniya nədir? Əsasən 25 yaşdan sonra ortaya - TopicsExpress



          

Şizofreniya nədir? Əsasən 25 yaşdan sonra ortaya çıxan(istisnalar mövcuddur.daha erkən başlayan şizofreni-erkən dönəm şizofreni adlanır),lakin yaranma prosesi daha erkən dövrlərə təsadüf edən beyin xəstəliyi.hal-hazırda dünyada hər 100 nəfərdən birinin şizofren olduğu düşünülür.2000-ci ildə aparılan araşdırmaya görə abş-da 2 milyon insanın şizofren olduğu qənaətinə gəlinmişdir.şizofreniyadan əziyyət çəkənlər digər insanlara nisbtdə ortalama 20% daha az yaşayırlar.hesablamalara görə bir insan şizofreniya ilə ortalama 35 il yaşaya bilər.şizofreniyanın meydana çıxmasında 3 önəmli faktor mövcuddur. 1.bioloji faktor(xəstəlik genlərlə bir nəsildən digərinə ötürülür) 2.psixoloji faktor(uşaqlıqda alınan psixoloji travmalar və və ananın uşağa göstərdiyi münasibət) 3.sosial-mədəni faktor(araşdırmalara görə şəhər əhalisinin,kənd əhalisinə nisbətdə xəstəliyə tutulma riski daha yüksəkdir.əgər kənddə doğulmuş və sonradan şəhərə köçmüşsəniz xəstəliyə tutulma riskiniz daha da artmışdır.xarici ölkələrdə yaşamaq da xəstəlik riskini artıran səbəblərdəndir) xəstəliyin ilkin əlamətlərindən biri özünəqapanma-asosiallaşmadır.xəstəliyə diaqnoz qoyularkəndiqqətli olmaq lazımdır.məs:erkən dönəm şizofreni uşaqlarda meydana gələn atipik psixozla qarışdırıla bilər.bundan başqa ilk baxışda ş şizofreniya əlamətləri kimi görünən əlamətlər bir çox digər xəstəliklərlin əlamətləri ola bilər.2000-ci ildə araşdırmaçılar ilk baxışda şizofreniya kimi görünən əlamətlərin iştahsızlıq,aseksuallıq,dromomaniya(səyahətetmə istəmə xəstəliyi) ,piromaniya(daxili təhrik olaraq yanğın törətmə) və kleptomaniya(oğurlama xəstəliyi) əlamətləri olduğunu aşkarlamışdılar
Posted on: Mon, 20 Jan 2014 22:09:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015