Şok Layihə: ABŞ Ayı atom bombasıyla partlatmaq istəyib - TopicsExpress



          

Şok Layihə: ABŞ Ayı atom bombasıyla partlatmaq istəyib ! 1950-ci illərdə ABŞ və Sovetlər İttifaqı arasındakı soyuq müharibə illərində ABŞ-ın Ayı atom bombasıyla partladaraq, SSRİ-yə güc nümayişi göstərmək istədiyi bəlli olub. “A Study of Lunar Research Flights” və “Project A119″ adlı gizli layihələrə əsasən, atom başlığı olan raket yeri məlum olmayan bir məkandan Ay istiqamətində atılacaqdı. Raket Ayla toqquşan zaman partlayış baş verəcəkdi. ABŞ bu layihə üçün 1959-cu ildə qitələrarası ballistik raketlər hazırlamışdı və layihənin həyata keçirilməsi mümkün görünürdü. Hətta məşhur astronom Karl Saqan belə bir partlayışın kosmosda yaradacağı toz və qazın təsirini öyrənmək üçün həmin illərdə araşdırmalar aparıb. Bu dəhşətli həqiqət o dövrdə layihənin rəhbərlərindən olan silah mütəxəssisi Leonard Reyfelin illər sonra mətbuata açıqlamasından sonra bəlli olub. 50-ci illərdə ABŞ-ın Silahları Təkmilləşdirmə Qurumuna rəhbərlik edən Reyfelin sözlərinə görə, layihə çərçivəsində soyuq müharibənin ən gərgin günlərinin baş verdiyi 1950-ci illərin sonunda Rusiyanın kosmosa göndərdiyi “Sputnik” gəmisinə qarşı güc nümayişi göstərmək istəyən ABŞ Aya atom başlığı olan raket göndərmək istəyib. Atom bombasının Aya 1959-cu ildə göndərilməsi nəzərdə tutulubmuş. Amerikalı mütəxəssislər Ayı əvvəlcə hidrogen bombasıyla partlatmaq istəyiblər. Ancaq hidrogen bombasının atom bombasıyla müqayisədə daha dəhşətli olduğunu düşünən mütəxəssislər hidrogen bombası layihəsini ləğv ediblər. Amerikanın hərbi dairələri layihənin uğursuzluğa uğrayacağı təqdirdə bombanın Yerə düşərək böyük zərər verə biləcəyini və ya Ayda uzun müddətli radioaktiv təsir yarada biləcəyini düşünürək, Ayı atom bombasıyla vurmaqdan da imtina ediblər. #Alex
Posted on: Fri, 08 Nov 2013 06:58:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015