Şəfiqə Axundova vəfat etdi 89 yaşlı bəstəkar bu gün saat - TopicsExpress



          

Şəfiqə Axundova vəfat etdi 89 yaşlı bəstəkar bu gün saat 12 radələrində dünyasını dəyişib Şərqin ilk opera yazan bəstəkar qadını Şəfiqə Axundova bir neçə dəqiqə əvvəl vəfat edib. Bu barədə ANS PRESS-ə xalq artistinin müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindən məlumat vrilib. Məlumata görə, 89 yaşlı Şəfiqə xanımın səhhəti bir neçə gün əvvəl sabitləşsə də, bu gün saat 12 radələrdində həyatını itirib. Xatırladaq ki, Şəfiqə Axundova iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşib. Xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirillən xalq artisti daha sonra Bakıya Klinik Mərkəzə gətirilib. Bəstəkar Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Ömürünün 90-cı yayını yaşayan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Bəstəkar 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Ş. Axundova "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Allah rəhmət etsin!
Posted on: Fri, 26 Jul 2013 09:36:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015