Şəkərli diabet ciddi və təhlükəli bir xəstəlikdir. - TopicsExpress



          

Şəkərli diabet ciddi və təhlükəli bir xəstəlikdir. Diabetin ağırlaşmalarının qarşını almaq üçün qanda şəkərin miqdarını normada saxlamaq lazımdır. Diaqnoz və müalicə: diaqnostika məlum simptomlar (poliuriya, polifagiya, bədən kütləsinin azalması ) əsasında çətinlik törətmir. Lakin dəqiq diaqnoz qanda qlükozanın miqdarının dəqiqləşdirilməsi ilə qoyulur. Şübhəli hallarda qlükozatolerant testi həyata keçirilir. Sidik analizində isə aseton və şəkərə qarşı müsbət reaksiya özünü göstərir. Şəkərli diabetin müalicəsi özündə pəhriz, dərman terapiyası, fiziki yüklənməni birləşdirir. Britaniya alimləri hesab edirlər ki, 3 dəqiqəlik gimnastika qanda qlükozanın miqdarını normada saxlayaraq II tip diabetin yaranmasının qarşısını alır. Alimlər apardıqları tədqiqat zamanı insanların özlərini bir neçə saat idmanla məşğul olmağa məcbur edə bilmədiklərini aşkarlayıblar, lakin belə məlum olub ki, hətta bir neçə dəqiqəlik hərəkətlər də yaxşı nəticələr verə bilər. II tip şəkərli diabetlə yer üzündə 246 milyon insan əziyyət çəkir. Ciddi dieta və uzunmüddətli, daimi fiziki gimnastika xəstəliklə mübarizəyə kömək edir, lakin bu metodlar bir çox insan üçün çətinlik törədir. Tədqiqat zamanı 16 könüllü kişi iştirak edib və onlar həftədə iki dəfə gündə 4 dəfə cəmi 30 saniyə velotrenajorda məşq ediblər. Məlum oldu ki, bu insanlarda 2 həftədən sonra insulin sintezi 23% artmış və bu səviyyə 10 gün ərzində saxlanılır. Beləliklə, alimlər təsdiq edirlər ki, çox qısa müddətli, lakin requlyar edilən idman hərəkətləri şəkərli diabet xəstələrinin sağlamlığına çox müsbət təsir göstərir. İsveçrə alimləri isə şəkərli diabetdən əziyyət çəkən insanlarda demensiya və ağıl zəifliyinin yaranma riski çox böyükdür. Xəstəlik orta yaşlarda meydana çıxıbsa bu risk bir az da artmış olur.
Posted on: Sat, 31 Aug 2013 11:06:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015