Şəlalə Kəlbəcərli. ************* Gəl qoyma ömrümə - TopicsExpress



          

Şəlalə Kəlbəcərli. ************* Gəl qoyma ömrümə hicran dən sala.Sənsiz yaşayıram sən oia-ola.(Şəlalə) *************************************************** Sən ola-ola. ********* Sevdan kor dumantək çöküb sinəmə, Dönübsən gözümdə çiskinə çənə. Sənsizlik ən ağır mirasdı mənə, Boylana qalmışam hey sağa-sola, Sənsiz yaşayıram sən ola -ola. *********************** Tale çeşməm yavaş-yavaş bulanır, Könlüm sənin dərd payınla dolanır. Xəyallarım sənli ana calanır, Göz yaşım nəm salır sən gedən yola, Sənsiz yaşayıram sən ola-pla. ********************** Yaşayırsan dilimdə ki, sözümdə, Nağıllar tək canlanırsan gözümdə. Yaşatdıqca titrəyirəm özümdə, Gəl qoyma ömrümə hicran yol sala, Sənsiz yaşayıram sən ola-ola. ********************* Görəsən bu həsrət nə tapıb məndə, Boynu bükük qəm göyərir sinəmdə. Sən varsan sacıma hər düşən dəndə, Meylimi təkliyə mən sala-sala, Sənsiz yaşayıram sən ola-ola. ********************** Sükut çöküb çoxdan könül evimə, Çətin bu Şəlalə birdə sevinə. Eşq çırağım şölə salmır dibinə, Sənli xəyallara mən dala-dala, Sənsiz yaşayıram sən ola-ola.
Posted on: Mon, 29 Jul 2013 09:52:00 +0000

Trending Topics



and
*France. Exposition : Interview de Francis Duranthot / Prix La
«»*»BOLO NA TUMI
VIENDO MAS ALLA DE LAS PAREDES Y LAS BARRERAS DE LA VIDA
Por favor, coloca el puntero del ratón encima de mi nombre (sin
One hour left to use CYBERMON60 to save 60%!! Youll only see 60%

Recently Viewed Topics




© 2015