Əgər insan öz biliklərini və s. duyğu orqanları ilə - TopicsExpress



          

Əgər insan öz biliklərini və s. duyğu orqanları ilə qavranılan dünyadan və bu dünyada əldə olunan təcrübədən əxz edirsə, onda ətraf dünyanı elə qurmaq lazımdır ki, insan orada həqiqətən insani olanları dərk etsin və mənimsəsin, o, özünü insan kimi dərk etsin. Əgər insanın xarakterini şərait formalaşdırırsa, onda şəraiti insana layiq etmək lazımdır. K.Marx. The Holy Family P.S. Bu mükəmməl hesab etdiyimiz islamın daşıyıcısı olan müsülmanlar ilə bəyənmədiyimiz xristianlığın və buddizmin daşıyıcısı olan insanların yaratdıqları toplumların psixologiya və davranışları arasındakı müasir fərqin əsas səbəbidir. Yəni əsas məsələ dinin mükəmməl olub-olmamasında deyil, bu dini inancları paylaşan insanların formalaşdırdığı cəmiyyətin insan adına uyğun münasibətlər üzərində qurulmasıdır. Əgər toplumda insani münasibətlər qurulmursa, din özü-özlüyündə heç bir şey edə bilməz. yalnız gündə 3 (5) dəfə namaz qılmaqla, ildə bir dəfə oruc tutmaqla, imkan olarsa həcc yolunu su yoluna çevirməklə toplumu insani münasibətlər üzərinə gətirib çıxarmaq olmaz. Çox az intellekt bu ibadət simvollarının arxasında dayanan mahiyyəti anlamağa qadirdir, daha az iradə isə onlara düzgün əməl edə bilər. Böyük əksəriyyət isə bu simvolikanın zahiri tərəflərini təqlid etməklə məşğuldur. Bu səbəbdən əlverişli "maraq" dairəsinə düşəndə safürəkli müsülmanlar cəmiyyəti dərhal dönüb olur garagüruh topluma.
Posted on: Fri, 13 Sep 2013 15:11:36 +0000

Trending Topics



n-height:30px;">
*Just The Girl* Shes cold and shes cruel But she knows
BON DEBUT DE SEMAINE DANS LA VERITE ET LA DETERMINATION Le lundi

Recently Viewed Topics




© 2015