Əhvalat:Məşhur Kolumbiya yazıçısı,”Nobel” mükafatı - TopicsExpress



          

Əhvalat:Məşhur Kolumbiya yazıçısı,”Nobel” mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazır. Əslində bu,əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya müraciəti idi: -“Əgər Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim, verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün. Yəni dəyərli bir şey görəndə, dilə gətirib onu qiy­­mətləndirərdim. Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözləri­mizi yumduğumuz hər dəqiqədə işıqdan 60 sani­yə məhrum oluruq. Danışanda hər kəsi dinləyərdim.İnsanlara daha çox dəyər verərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə və təmiz geyi­nərdim, özümdən sonra paylanacaq geyimlərə o qədər də dəyər verməzdim. Əgər kimdənsə incimiş olsaydım, qəlbimdəki qəzəbi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim. Əgər bir az da Allah mənə ömür versəydi, insanları sevdiyimi onlara söyləməkdən çəkinməzdim. Allahın verdiyi bütün nemətlərə şükür edərək yaşayardım. İnsanlara Allahın yaratdığı təbiəti və canlıları deyil, yalnız özü-özlərini çox sevdikləri üçün qocaldıqlarını və sevgidən uzaq olduqları üçün daşqəlbli olduqlarını üzlərin söyləmək­dən çəkin­- məzdim. Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım. Qocalara ölümün yaşla deyil, unut­qan-lıqla (başla) gəldiyini söyləyərdim. Ey insanlar, sizdən o qədər şey öyrəndim ki?!Mən sizə baxıb, öz əksimi o güzgüdə gördüm və öz qəbahətlərimi dərk edərək, özümü tanıdım. Heç kəs əsil xoşbəxtliyi sıldırım qayalara dırmaşarkən yaşandığını anlamır, hər kəs xoşbəxtliyi dağın zirvəsində olmaqda görür. Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir.Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə,elə indi sevdiklərini, Allahın sənə bəxş etdiyi bütün nemətləri, ata-ananı,bacı-qardaşlarını, həyat yoldaşını, övladlarını çox sevdiyini deməyə gecikmə. Qadınlara, xüsusən də kişilərə müraciət edərək deyirəm ki, ailə­ləri­nizi çox sevin, onlara hər işdə kömək edin, adi sözlərlə belə bir-birinizi sevindirin.Sevdiklərinizə yaxın olun! Sevginizi itir­məkdən qorxun!Çünki onda insanlığımızı və ruhumuzu itirmiş olarıq. Onlara çox ehtiyacınız olduğunu etiraf edin! Sizə bəxş edilən hər zamanın, nemətin dəyərini bilin! Onlar üçün zaman ayırın.Çünki za­­man quş kimi uçub gedir...
Posted on: Tue, 02 Jul 2013 17:49:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015