Ərəstun Oruclu bir media qurumuna intervyuda deyir ki, Tural - TopicsExpress



          

Ərəstun Oruclu bir media qurumuna intervyuda deyir ki, Tural Qurbanovu, Berlinə kimisə öldürmək üçün göndərmək ona real görünmür. Anlaya bilmirəm bu cinayətkar rejimi müdafiə etmək Ərəstun bəyin nəyinə lazımdır. Şübhəlidir. Amma Rauf Arifoğlunun isə bunu yaymağı şübhəli deyildi, aydın idi. Ərəstun bəyə cavabım: Birincisi, belə işlər Berlində, başqa səfirliklər tərəfindən (Suriya və Liviya) təşkil olunmuşdu, amma bunun qarşısı alınmışdı. Bu tipli cinayətkar rejimlərin belə işləri təşkil etməsi Berlində reallıqdır. Bu Sizə niyə real görsənmir axı? İkincisi, Tural Qurbanov, özü Həbib Müntəziri öldürməyə gəlməmişdi. Tural Qurbanov Berlinə gəlib çeçen və kürd kriminal şəbəkəsində bu işi yerinə yetirə biləcək adamı tapıb ona sifariş verməli idi. Üçüncüsü, Tural Qurbanov Berlindəki səfirliyə birinci katib kimi gəlmişdi, amma Konsulluqda "işlədi". Konsul özü ikinci katib olduğu halda Tural Qurbanov formal olaraq onun işçisi sayılırdı. Dördüncüsü, niyə məhz Tural Qurbanov Maldiv adalarında öldürüldü? Sonuncu dəfə MTN işçisinin hansı xarici ölkədə öldürüldüyünü eşitmisiniz? Bu qədər təsadüflərin olmasına həqiqətəndə inanırsınızmı? Beşincisi, siz də bilirsiniz ki, Əliyev höküməti Sevinc Babayevanı Türkiyədə, Rövşən Cavadovun oğlu Laçın Cavadovu Moskvada qətlə yetirdi. Bunların axı çoxlu belə cinayətləri olub. Bunları bilmirsiz? Yoxsa bilmək istəmirsiz? Sonda isə bəziləri Həbib Müntəzirin nəyə görə hədəfə götürüldüyünü soruşurlar. Cavab verirəm - Həbibin son günlərə qədər Youtube kanalında 58 000 abunəçisi var idi və videolarına 28 milyondan çox baxışı var idi. Azərbaycan əhalisindən 3 dəfə çox. halbuki videoları sırf Azərbaycan dilində və azərbaycanlılar aid idi. Həbib özü tək bir müstəqil televiziyadır. Katy Pearce, Amerikalı bir araşdırmaçının fikirinə görə, Həbib Azərbaycan internet məkanında ən böyük təsir gücünə malik olan internet istifadəçisidir. Həqiqət budur. (c) Emin Milli ·
Posted on: Wed, 31 Jul 2013 16:46:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015