Əsas səhifə » Xəstəliklər » İnfeksion və parazitar - TopicsExpress



          

Əsas səhifə » Xəstəliklər » İnfeksion və parazitar xəstəliklər » Sitomegalovirus infeksiyası SITOMEGALOVİRUS (SMV) Törədicisi sitomegallardır.Herpesviride ailəsinə aiddir.XIX əsrlərdən məlum olsa da törədicisi 1956 – cı ildə məlum oldu.Statistikaya görə yeniyetmələrin 10-15 % , 35 yaşa qədər şəxslərin 50 %-i , reproduktiv yaşda qadınların 80 % bu infeksiyanı daşıyır.SMV daşıyan hər kəs xəstə hesab olunmur.Çox hallarda bu infeksiya uzun illər orqanizmdə qalır və özünü heç bir simptom , şikayət və narahatlıqla göstərmir.Bəzən də özünü adi soyuqlama kimi əlamətlər verir.immun sistemi zəif olan xəstələr üçün (QİÇS) bu infeksiya təhlükəli ola bilər.Hətta belə xəstələrdə orqanları bədxassəli şişlərə qədər zədələyə bilir.Alabama Unversiteti alimləri aydınlaşdırmışdır ki SMV xərçəngönü poliplərin və bağırsağın bədxassəli şişində iştirak edir.Hamiləlik zamanı çox təhlükəlidir.Uşaqsalma , ölü doğulma, ağır eybəcərkilərlə doğulmasına gətirib çıxarır.İnkubasiya dövrü 20-60 gündür. İnfeksiya bir neçə tipdə təzahür edir. Anadangəlmə - daha təhlükəli hesab olunur. Düşüklərə , dölün məhvinə səbəb olmasa da , sarılıq , dalaq və qaraciyərin böyüməsi, sinir sistemi zədələnməsinə gətirib çıxarır. Kəskin – Qan və cinsi yolla keçə bilir.Halsızlıq, tezyorulma, başağrısı, burun axması,ağız suyu vəzlərinin böyüməsi , damaqda və dildə ərpin əmələ gəlməsi kimi ümumi soyuqlama əlamətləri üzə çıxır. Generalizə olunmuş forma – Orqanizmdə müxtəlif iltihabi proseslərə yol açır.Qaraciyər toxuması,böyrəküstü vəzi, dalaq, mədəaltı vəzi, böyrəklər, ağcıyərlərin (pnevmoniya),göz damarlarının , baş beyin ve periferik sinirlərin zədələnməsi müşahidə olunur.Qanda trobmositlər azalır.Generalizə olunmuş forma hansısa bir xəstəliyin fonunda , immun sistemin kəskin zəifləməsi (şiş,leykemiya) zamanı meydana çıxır.Belə hallarda əsas xəstəlikdən və sitomeqaliyadan əlavə bakterial septik proses də əmələ gələ bilir. Qulaq dibi və çənəlaltı ağız suyu vəziləri böyüməsi oynaqlarda iltihabı,dəridə səpkilər ola bilir. Qadınlarda uşaqlığın iltihabı , yumurtalğın iltihabı üzə çıxa bilər.Kişilərdə qulaq ətrafı vəzi,sidik buraxıcı kanalı iltihabı,sidik ifrazatı zamanı narahatlıq olur. Ağır forma nadir halda baş verir. Iki haldada CMV təhlükəlidir. 1. İmunitetin kəskin zəifləməsi (ilk növbədə QİÇS) 2. Anadangəlmə SMV infeksiya Sahib orqanizmə düşən virus ömür boyu qalır,və özünə uyğun əlverişli şərait düşdükdə aktivləşərək zədələnməyə başlayır. Stamaqalovirus bu bir virus deyil, viruslar qrupundur , hansı kı sidik,sperma,uretra sekretində,vaginada,uşaqlıq boynunda,döş südündə,qanda onurğa beyin mayesində yaşaya bilir . Ağız suyu vəzilərinin və böyrək toxumasında olur. Hansiki bu toxumalarda virus passiv hala keçir və uzun aylar yatır. İmmun sistem zəiflədikdə isə virus aktivləşir. Orqan və hüceyrələrdə nə baş verr. Adından göründüyü kimi sitomeqaliya qiqant hüceyrə deməkdir. Sitomeqalovirusun fəaliyyəti normal hüceyrələrinin böyüməsinə gətirib çıxaır ,hüceyrə maye ilə dolur və şişir. Bu cür hücüyrə “bayquş gözü”adlanır. SMV yoluxma yolları 1.Cinsi yolla (sperma və ya cinsi münasibət zamanı xaric olunan sekretlər) 2.Transplasentar yolla anadan plasenta vasitəsi ilə dölə.Doğuş zamanı da körpə yoluxa bilər.Ana südü ilə də yoluxma baş tuta bilər. 3.Hava damcı yolu ilə 4.Hemotranfuzion yol (xəstə insanin qanindan) Donor qan,donor sperması ,yumurta hüceyrəsi vasitəsi ilə. 5. Tibb personalı (akus ginekoloq,cərrahlar ,stomatoloq) xəstələrin qanı,ağız suyu seliyi ilə kontaktan yoluxa bilərlər. Simptomlar : Simptomatika və əlamətlər ilk növbədə orqanizmin immun sisteminin vəziyyətindən asılıdır. Aktivliyin artması normal imunitet halı mononukleozabənzər sindrom zamanı olur. yüskək hərarət titrəmə yorgunluq hərəkətsizlik baş arısı Monolukuleoza bənzər sindrom yoluxmadan 20-60 sutka sonra əmələ gəlir və 2-6 həftə davam edir.Çox hallarda sağalma ilə nəticələnir. İmmun müdafiə hər hansı bir səbəbdən zəifləyərsə simptomlar üzə çıxır. Çox zaman CMV infekssiya kəskin respirator xəstəlikləri xatırladır. 1 Tempratur yüksəlməsi 2 Asqırma 3 Əsnəyin şişməsi 4 Beyin limfa düyünləri,dalağın,qaraciyərin böyüməsi 5 Titrəmə 6 Əzginlik 7 Baş ağrısı 8 Əzələ ağrıları 9 oynaqların iltihabı 10 Dəridə səpkilər İmmun defisit hallarında və ya medikamentoz immunterapiya zamanı ağırlaşmalar ola bilər pnevmoniya plevrit miokardit artrit ensefalit daxili orqanların zədələnməsi Nadir hallarda rast gəlinən genalizə olunmuş formada simptomlar belə olur böyrək toxumasının ,böyrəküstü vəzin,dalağın,mədəaltı vəzin iltihabı prosesləri. ağciyərlərin,həzm sisteminin zədələnməsi ağır hallarda yayılmış iflic baş beyinin dərin strukturlarının iltihabi prosesləri,sidik-cinsiyyət sisteminin ağırlaşmaları kişilərdə sidik kanalı,yumurtalık toxuması zədələnir,sidik ifrazı zamanı xoşagəlməz hissiyat olur. Qadınlarda uşaqlıq yolu vəı daxli qatın ,yumurtalığın iltihabi eroziyası,ağrı hissiyatı və ağ mavi axıntı ola bilir. Bu hallarda hamiləlik zamanı dölün zədələnməsi və doğuş zamanı problemlərlə qarşılaşma ehtimalı olur. Anadan gəlmə infeksiya Anadan gəlmə CMV infeksiya uşağa hələ bətndaxili dövrdə anadan plasenta və ya uşaqlıq vasitəsi ilə youxur.Hamiləliyin erkən etaplarında yoluxma zamanı döl məhv olur.Sonrakı etaplarında yoluxma zamanı isə müxtəlif inkişaf qüsurları üzə çıxır. Hazırda Avropa ölkələrində bu infeksiya ilə yoluxmuş yenidoulmuşların həcmi 2,5% dir. Rusyada göstərici 4%.Uşaqların çoxu sağlam və ya passiv daşıyıcı kimi doğulur. Yoluxmuş uşaqların cəm 17%-də simptomlar və ağırlaşmalar olur: sarılıq ,dalaq,qara ciyərin böyüməsi, hemoqoabnin azalması və qanda digər dəyişikliklər ,ağır hallarda mərkəzi sinir sistemi,göz və eştmə üzvünün zədələnməsi baş verir.Adətən yoluxma dölün doğulmasından sonra ilk sutkalar ərzində ətraflarda üzdə,bədəndə səpkilər əmələ gəlir. Dəridə,selikli qişalarda, qansızma, göbəkdən qanaxma olub,baş beyini zədələnən uşaqlarda əllərin əsməsi,qıcolma,yuxululuq olur. Görmənin pozulması qismən və tam korluq,əqli inkişafdan geri qalmaq da müşahdə olunur. Kəskin CMV ilə hamiləlikdən sonra doğulmuş körpərədə antitellər olur.Nəzərə almaq lazımdır ki bu antitellər Ig G-körpədə ilk 3 ay ərzndə aşarlanması. Anadan gəlmə simptomların əlaməti hesab olunur. Bu antitellər uşağa anadan keçə bilər və 3 ay sonra öz-özünədə itib gedir. Lakin Ig M aşkar olunması kəskin CMV infesiyası göstərir. Bu cür körpələr həkim nəzarətində olmalıdır. Bəzən CMV infeksya doğulduqdan dərhal sonra meydana çıxmır ( 3-5il ərzində) Bundan başqa körpələr infeksiyaya təkcə anadan deyil digər körpələrdən yoluxmuş ola bilər (ağız suyu vasitəsi ilə keçə bilər) Uşaqlarda hərarət ,zökəm ,əsnəkdə şişkinlik , limfa düyünlərinin böyüməsi ,tez yorulma,ağciyərlərin iltihabı ola bilər.Mədə bağırsaq traktının,qaraciyər,endokrin vəziləri,hipofiz və böyrəküstü vəzilərin zədələnməsi. Sitomeqalovirus və hamiləlik Hamiləlik zamanı bu infeksiya ilə yoluxma xüsusən təhlükəlidir. Analizdə Ig G antitellər aşkar olunmayan qadınlar risk qrupundadırlar. Dölün bu infeksiya ilə zədələnməsi müxtəlif yollarla baş verir. 1.Mayalanma vaxtı infeksiyalaşma gedə bilir,çünki SMV həmdə spermada olur. 2.Bətndaxili dövrdə plasenta vasitəsi ilə yoluxma ola bilər.Ana ilk dəfə yolxduğuna görə orqanizmdə hazır antitel yoxdur və virus asanlıqla plasentdən keçir 3.Doğuş zamanı 4. Ana südlə qidalanma zamanı Dölün yoluxması müxtəlif gedişatlara gətirir. 1.Körpə daşıyıcı ola bilər,az çəkili doğula bilər,yaşıdlarından seçilir.Simptomatika olmur. 2. Spontom abort,ölü doğulma və qüsurlu doğulma kimi qüsurlar ola bilər. 1-12 həftəyə qədər yoluxma zamanı 3. Hamiləliyin gec dövrlərində yoluxma baş beynin inkişaf etməməsi,beynə su yığılması,sarılıq,dalaq və qaraciyərin böyüməsi,pnevmoniya ürək qüsurları,anadangəlmə eybəcərliyə səbəb olur. Körpə psixi inkişafın ləngiməsi,karlıq,epilepsiya,serbral iflic,əzələ zəifliyindən əziyyət çəkir. 3.Digər hallarda anadangəlmə SMV körpənin həyatının 2-5 illərində meydana çıxır və özünü korluq,karlıq,nitqin tormozlaması,əqli inkişafdan qalma kimi əlamətlərlə özünü göstərir. Hamiləlik dövrü imunitetin zəifləməsi,həmçinin əvvəldən yoluxma infeksiyası kəskinləşədə bilər. Hamilə qadınlara immun nmodulyator və antivirus preparatlar təyin olunur. Diaqnoz :SMV-ilk yoluxma və kəskinləşməsi zamanı ağız suyunun,sidiyin qanın,sperma , yaxmaların (cinsi üzvlərdə götürülmüş ) tərkibində aşkar olunur. Qanda təyini İFA ilə IgG və IgM antitellərini ilə aparılır .IgG uzun müddət əvvəl yoluxma, IgM ilk və residivləşən infeksiyanı göstərir. PZR – DNT diaqnoz ilə virus sidik çıxarıcı kanal, uşaq boynu ,sidikdən götürülmüş materilda təyin olunur(90-95%) Əkilmə: qan,ağız suyu,sperma,uşaqlıq möhtəviyyatı,dölyani maddə materilal olaraq götürülür. Müalicə: Təəəsüflər olsun ki,bu virus orqanizmdə ömürlük qalır,heç bir müasir metod onu orqanizmdən tam təmizləməsini təmin etmir. Əgər infeksiya simptomu keçirsə və immun normalaşmasına ehtiyac yoxdur.Sadəcə vitaminlər və immun ehtiyatlara immun güclü saxlamaq lazımdır.Təmiz hava düzgün qidalanma vacibdir. İmmun sistemini gücləndirmək- bitkilərdən başnağacı, dazıotu,qoyunquyruğu,zorabas,melisa,bədrəng,limonotu çay dəmləyib içmək olar. Bu çaylar uşaqsalma təhlükəsi yaşayır qadınlar üçündə faydalıdır.
Posted on: Tue, 16 Jul 2013 06:39:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015