“Əslində çoxdan bəri eşitmək istədiyimiz - TopicsExpress



          

“Əslində çoxdan bəri eşitmək istədiyimiz sözlərdi”. Bu sözləri Newsaze-a "Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini, tədqiqatçı Aqşin Atalızadə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçelinin Şah İsmayil Xətai ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib: “Dövlət Bahçeli də öz tərzində emosional şəkildə gözəl ifadə edib. Deyərdim hazırki məqamda siyasi baxımından olduqca düzgün, vaxtında atılmış, əhəmiyyətli bir addımdır. Çünki hakim partiya bu məsələlərə münasibətini açıq bildirməyib və əslində münasibət bildirsə belə daha çox Osmanlı mövqeyindən yanaşacağı ehtimal oluna bilər. MHP özünü sırf türk islam millətçisi mövqeyindən təqdim edir. Azərbaycana qarşı mövqeyi də hər zaman digər siyasi partiyalara münasibətdə daha isti olub. Bu cəhətdən düşünürəm ki, Türkiyənin şiə qismində partiyaya qarşı müsbət münasibətin artmasına gətirib çıxara bilər”.
Posted on: Wed, 05 Jun 2013 16:37:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015