Əvvəl fikir gəlir, sonra iş çıxır, Necə ki, uşaq - TopicsExpress



          

Əvvəl fikir gəlir, sonra iş çıxır, Necə ki, uşaq doğulur, sonra diş çıxır. Bir az geciksə - qızdırma, zır zır. Sevdiyin treklər bax belə yazılır. Sənə nə var ki, play basdın qulaq asdın. Sonra da YouTube’da bir-iki comment yazdın. Elə bilirsən ki, hamı sənin kimi düşünür. “Dərya qazdır, Xose sazdır! Azdır, hamısı bizə azdır! AzRepin zirvəsi H.O.S.T idi, indi yoxdur. Ən sürətli reper Dost idi, indi yoxdur. Old School reperlər raka maka faka qon. Qalanlar Facebook’da post idi, indi yoxdur. Göstəricilərin hamısı satılır pul ilə. Camaat say artırır min cür əyri yol ilə. Mənim həvəsim öldü like’lara qarşı. Biləndə, 5000 like cəmi 10 dollar. Mən – bir nömrə, var tapançam. Uçur şeytanlar, məndə sancaq. Sevgilim, atma məni, sevgilim, atma məni! Bizimdir o bucaq, bizimdir bu bucaq. Istedad olmasa, kömək olmur bığ-saqqal. Məncə ləqəbinizi dəyişib qoyun siz çaqqal. Xatırlatma: kim idiniz, olmasa Pərviz? Mama raqqada çıqqada raqqada çıqqa. Azrep nədir – yığsan, cəmi 3 Giqabayt? Ondan iksində mənim adım var. Ya produser, ya da mixing master. Allah verib, qaqa, sənin istedadın var. Oh shit, reperlər tək muğam oxumur, Oh shit, hər kəs hər kəsin qohumu. Hər cür saç düzümü var bizim azrepdə Oh shit, bircə hörüklü yoxumuz. Bütün dünyada repdə tatu dəbdə, Ya da ki, idmanla şişirdilmiş əzələ. Bizim ölkədə bir az fərqlidir məsələ. Əridə bilmirik qarınları biz hələ. Mən – bir nömrə, var tapançam. Uçur şeytanlar, məndə sancaq. Sevgilim, atma məni, sevgilim, atma məni! Bizimdir o bucaq, bizimdir bu bucaq. Həyatda da beləyəm, öyrəşmişəm küçəyə. İt hürürsə, mənə mən təpik küçüyə. Bildiyim həqiqətlərdən növbəti biri bu: Od olmazsa əgər, rast gəlmərik tüstüyə. Biz, güya, gangster, qan qusdururuq. Bir-iki reper tapıb açarını bururuq. Kimsə bizim əcdadımızı söysə, Güya, biz yuxardayıq, iqnor və susuruq. Ədəbiyyat müəllimim öyrədərdi səliqəni. Hər bir yazım mənim olmalı idi səliqəli. Birinci verse giriş, ikinci verse gövdə. Üçüncü verse’ə isə qalmır heç vaxt səbrim mənim. Mən – bir nömrə, var tapançam. Uçur şeytanlar, məndə sancaq. Sevgilim, atma məni, sevgilim, atma məni! Bizimdir o bucaq, bizimdir bu bucaq.
Posted on: Mon, 19 Aug 2013 08:42:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015