(Əvvəli aşağıdakı paylaşımda.... İndi isə davamı) Din - TopicsExpress



          

(Əvvəli aşağıdakı paylaşımda.... İndi isə davamı) Din – insanın bu ehtiyacını müxtəlif baxımlardan ödəyir. Bu halı bir neçə baxımdan təhlil edək. 1) Din insanın nəyəsə, harayasa aidiyyət ehtiyacını ödəyir. Üstəlik də dində komandanın kapitanı allahdır ki, o, “ən böyükdür, ən güclüdür”; sadəcə burada deyil, o biri dünyada da bizə mükafat verəcəkdir. Ona yaltaqlanmanın, ona şirin görünməyin, onun komandasında, onun partiyasında olmağın çoxlu faydaları vardır. 2) Eyniləşmənin başqa bir cəhəti də vardır: İnsan aid olduğu, mənsub olduğu qrupla lovğalanaraq, öz eqosunu doyuzdurmaqla məşğul olur. O cümlədən, öz dini ilə də fəxr edir. İnsanlıq heç kamilləşmədiyi üçün bu hal indi də davam edir. Vəziyyət o həddədir ki, zəmanəmizin məxluqları bağlandıqları futbol komandaları ilə də fəxr edə bilirlər. İnsan öz qrupunu tərifləməklə əslində öz eqosunu gücləndirib, başqalarına göstərməyə çalışır. Şəriətçilər, islamçılar, təriqətçilər islamın – öz nəfsinə hakim olmaq dini olduğunu bəyan edib, bununla lovğalanırlar. Nə dediklərini bilmirlər. Əgər doğrudan da öz nəfslərinə hakim olmaq istəyirlərsə, özlərini, nəfslərini (eqolarını) yaxşı tanısınlar və öz dinlərini reklam etməkdən əl çəksinlər. Bunların etdiyi isə tərəfkeşlikdir, təbliğatdır, eqoistlikdir. Bu tayfa əgər doğrudan da öz dinlərini və nəfslərini yaxşı başa düşsəydilər, dinlərini dərhal tərk edib dinsiz olardılar! İnsan həm dindar olub, dini ilə öyünüb, həm də öz nəfsinə hakim ola bilməz. Dindarlıq – eqoizmin ən yekəsidir!.. Bunlara bax, allahın pasportu ilə, cənnətin kupçasını zəbt edirlər. Başqa heç kimi də içəri buraxmırlar! Elə bil cənnət dədələrinin malıdır, özləri də xırda miqyasda allahdırlar... Eqoizmə bax! ... Başda şeyxləri olmaq şərtilə, bunların hamısı nəfs şeytanının qullarıdır. “Şeytan-i lain” deyə lənətlədikləri şeytan öz içlərindədir; şeytan elə özləridir! Bunu bilsinlər. 3) Bu məsələnin başqa bir cəhəti də budur: a) İnsan özünün aqressiv duyğularını ifadə etmək üçün mənsub olduğu etiqaddan cəsarət alır, daha da aqressivləşir. 2) Belə məxluqlar guya öz “dinləri uğrunda aqressivləşdiklərinə” inanaraq, hərəkətlərinə qanuni əsas tapırlar. Yəni din bu məlunları həm cəsarətləndirir, həm də vəhşiliklərini leqitimləşdirir. Buna oxşar hal ideologiyaya bağlanmış insanlarda, futbol fanatiklərində də ortaya çıxır. Təsvir etdiyim bu hal xarakter xəstəliyidir və çox təhlükəlidir. Bu xəstəlik dindarlıq kimi, məzhəbçilik, təriqətçilik kimi; ideologiya kimi, partiyaçılıq kimi, hansısa komandaya tərəfkeşlik etmək kimi özünü biruzə verir. Necə təzahür etməsindən asılı olmayaraq, bu genetik patologiya ilə mübarizə aparmaq lazımdır. Qabaqlar səhiyyə işçiləri traxoma ilə, malyariya ilə, vərəmlə mübarizə aparırdılar, indi də xərçəng və başqa xəstəliklərlə mübarizə edilir. Eynilə bunlar kimi, təsvir etdiyim xəstəlik də xarakterin və cəmiyyətin xərçəngidir, bununla da o cür mübarizə aparmaq lazımdır. Hətta bu sindromun müxtəlif təzahürlərinin xəstəlik olduğunu başa düşənlər də, eyni sindrom bu dəfə özünü din kimi biruzə verəndə səslərini çıxartmırlar, çıxarda bilmirlər. (davamı növbəti paylaşımda)
Posted on: Mon, 29 Jul 2013 16:59:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015